Qazaxıstan hadisələri fonunda ABŞ-ın Bakıdakı səfirliyindən maraqlı paylaşım - FOTO
ABŞ-ın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabından paylaşım edib. Yenisabah.az xəbər verir ki, Qazaxıstan hadisələri ərəfəsində edilən paylaşım xüsusi diqqət çəkib. Sözügedən paylaşımı təqdim edirik: “NATO Ukraynanı işğal etməyib, NATO Gürcüstanı işğal etməyib, NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.