Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: - “Bədənim deşik-deşikdir“
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Yenisabah.az siyasətçinin durumu ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. MMP sədri ürəyində problem olduğuna görə danışmağa çətinlik çəkdiyini bildirib: “Xəstəyəm, danışa bilmirəm. Ancaq dərman qəbul edir, iynə vurdururam. Bədənim deşik-deşikdir. Koronavirus deyiləm. Lakin ürəyimdə problem var, nəfəs ala bilmirəm. Maraqlandığınız üçün təşəkkür edirəm”. Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.