-
24-11-202423-11-202422-11-2024
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
“Ramiz Mehdiyevin AMEA-ya gəlməsi orada yeni bir problem yaratmışdı. Bu, siyasiləşmə problemi idi”.
Bu sözləri Bakupost.az -a Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn Ramiz Mehdiyevin istefası ilə bağlı danışarkən deyib.
Onun fikrincə, AMEA-da struktur dəyişikliyi ilə yanaşı, elm və təhsilin inkişafı istiqamətində ciddi inkişaf olacaq:
“R. Mehdiyev AMEA-dan getsə də, bir çox problemlər hələ qalıb. Ümumiyyətlə, AMEA-da və elm sahəsində ciddi reformların olması tələb olunur. Azərbaycanda bir çoxları AMEA-nı elmi tədqiqat mərkəzi kimi başa düşür. Amma AMEA dövlət orqanı olub, elm siyasətinin aparılmasına rəhbərlik edib. Ona görə də hesab edirəm ki, R. Mehdiyevdən sonra AMEA-da ciddi reformlar olmalıdır. Elmin maliyyələşməsindən tutmuş, struktur dəyişikliklərinə kimi bir çox işlər görülməlidir”.