-
24-11-202423-11-202422-11-2024
“Ordunu müzakirə edə bilmirik” - Deputatlara QADAĞAN edilib
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
“Korrupsiya faktlarına görə Müdafiə Nazirliyində olan həbslər çox ciddi məsələdir. Mütləq sonacan araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”.
Bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa son günlər korrupsiya faktlarına görə ordudakı həbslərlə bağlı danışarkən deyib.
Millət vəkilinin fikrincə, orduya həm ictimai, həm də parlament nəzarəti olmalıdır: “Ələlxüsus parlament nəzarətini vacib sayıram. ATƏT-ə daxil olan ölkələrin içində yeganə ölkə Azərbaycandır ki, nə müdafiə sisteminə parlamentin nəzarəti var, nə də təhlükəsizlik sektoruna. Son illərdə baş verənlər göstərdi ki, məhz bu nəzarətin olmaması ucbatından belə korrupsiya halları baş verir. Parlament nəzarəti olsa, hansısa neqativ təzahürlər dərhal müzakirə olunsa, belə hallar da azalar. 44 günlük Vətən Müharibəsindən sonra Prezident, Birinci vitse-prezident səviyyəsində bütün imkanlar səfərbər olunub ki, narazı, imkansız qazi, şəhid ailəsi qalmasın. Yəni bütün imkanlar buna səfərbər olduğu bir vaxtda, kimsə onların mənsub olduğu sistemin üstündə “oturub”, xımır-xımır pul yeyir. Bu, mənəvi cəhətdən də böyük bir faciədir”.