Erməni deputatlar azərbaycanlı həmkarları ilə süfrə arxasında oturmaqdan imtina etdilər...
AVRONEST Parlament Assambleyasının iclasında iştirak edən 2 azərbaycanlı deputat erməni həmkarlarının təpkisi ilə üzləşib. Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Erməni nəşri qeyd edib: Bu gün onlar Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində görüş keçirəcəklər. İclasda həm hakim fraksiyadan, həm də müxalifətdən olan deputatlar - Hayk Mamicanyan, Artur Qazinyan, Artur Xaçatryan, Anna Qriqoryan iştirak edəcək. “Dünən “Pandok Yerevan” restoranında müxalifət deputatlarının iştirak etmədiyi Azərbaycan nümayəndə heyətinin üzvlərinin şərəfinə şam yeməyi verilib. Bu gün “Yasəman” restoranında da şam yeməyi nəzərdə tutulub və orada da müxalifətçi deputatlar iştirak etməyəcək. Yəni azərbaycanlılarla bir süfrə arxasında oturub yemək yemək istəmirlər. Əvəzində Azərbaycanın ünvanına kəskin tənqidi fikirlər səsləndirmək, erməni əsirlərin qaytarılması problemini və digər məsələləri gündəmə gətirmək niyyətindədirlər”.