Moderator.az məşhur ukraynalı telejurnalist Dmitri Qordonun daha bir müsahibəsini oxuculara təqdim edir:
Qordon:
- Bu gün döyüş meydanında və meyitxanalarda 4 mindən artıq rus oğlanlarının cəsədləri var, onları əclaflar torpağımızı zəbt etmək üçün göndərib.
Aparıcı:
- Dmitri, biz bu rəqəmləri təsdiq edə bilmirik.
Qordon:
- Siz edə bilmirsiniz, amma mən təsdiq edirəm.
Aparıcı:
- Rusiya tərəfi itkilər barədə, ümumiyyətlə, heç nə demir.
Qordon:
- Yüzlərlə rus uşaqları əsir götürülüb, onlar buradadır. Hamısı videomateriallarda əks ediib. Bunlar rus faşizminin cinayətləri kimi Haaqa məhkəməsi üçün qeydiyyata alınır. Bu gün Ukraynada baş verənləri başqa cür adlandırmaq olmaz.
Aparıcı:
- Mən Sizdən xahiş edərdim ki, bunu bütün Rusiyaya və rusiylılara şamil etməyəsiniz.
Qordon:
- Mən bunu qətiyyən bütün Rusiyaya şamil etmirəm. Mən Rusiyaya və rusiyallara böyük məhəbbətlə yanaşıram. Mən sizin dövlətə nifrət edirəm, mən sizin ordunuza nifrət edirəm, mənim evimdə ölü saçan ordunuza nifrət edirəm. Bu, dəhşətli cinayətdir. Fürsətdən istifadə edərək, rus əsgərlərinə müraciət edirəm. Sizi buraya "top yemi" üçün göndərirlər. Kütləvi surətdə zirehli transportyorlar, tanklar yanır, siz diri-diri yanırsınız. Bütün xalq ayaqdadır. Mən rus ordusuna demək istəyirəm (söyüş leksikonudur,- red.)- cəhənnəm olun, rədd olun bizim torpağımızdan, sizi heç kim burada gözləməyib.
Aparıcı:
- Qanunla efirdə söyüş səsləndirilə bilməz, bu hissəsini kəsməli olacağıq. Mən Sizdən Kiyevdə və başqa şəhərlərdə olan vəziyyət haqqında soruşmaq istərdim.
Qordon:
- Hazırda nisbi sakitlikdir.
Jitomirdə hava limanı bombalanır, bu, Kiyevdə yaxşı eşidilir. Belarus ərazisindən "İsgəndər" raketi atılıb. Müxtəlif şəhərlərdə diversiyalar və partlayışlar baş verir. Qastomeldə insani və texniki təfəkkürün bəzəyi olan dünyanın ən nəhəng "Mriya" yükdaşıyan təyyarəsi bombalanıb. Əclaflar, yaramazlar!..
Aparıcı:
- Dmitri, çox sağ olun, mən anlayıran ki, indi hamı əsəb gərginliyi keçirir, vəziyyət dramatikdir.