Azərbaycan müxalifəti Rusiya-Ukrayna müharibəsi barədə NİYƏ SUSUR?
Rusiya-Ukrayna müharibəsinin səkkizinci günüdür. Bütün dünya birliyi, eləcə də beynəlxalq qurumlar Ukrayan ilə bağlı dəstək və Rusiyanı qınama bəyanatları yayır. Azərbaycandakı müxalif siyasi qurumlar müharibə barədə hər hansı bir mövqe ortaya qoyubmu? Yenisabah.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev bildirib ki, son günlər sosial şəbəkə profilində ancaq Ukrayna ilə bağlı paylaşımlar edir. "Partiyamız bəyanat verib. Ayrıca olaraq özüm də məlumat vermişəm. Ən azından “LinkedIn”, eləcə də “Twitter”də Ukraynanı müdafiə edən tvitlər atmışam. Prezident Volodimir Zelenskinin və digər ukraynalı, avropalı rəsmilərin tvitlərinin altında şərhlərimi yazıb Ukraynanı müdafiə etmişəm. Dünən də bir yazı yazdım. Səhifəmdə ingilis, rus və Azərbaycan dillərində paylaşılıb. Ukraynadakı müharibəni Qarabağ müharibəsi ilə müqayisə etdim və dedim ki, bu gün bütün dünya Ukraynanın yanındadır, amma biz cəmi 2 ölkə müdafiə etdi: Pakistan və Türkiyə. Bu gün Putinin düşdüyü vəziyyəti İlham Əliyevin 44 gündə düşdüyü vəziyyətlə müqayisə etmişəm. Bir əmma ilə. İlham Əliyev haqlı idi, Putin isə haqlı deyil”. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Ukrayna ilə bağlı əvvəldən KXCP rəsmilərinin açıqlamaları olub: “Davamlı olaraq açıqlamalar vermişik, daha sonra müvafiq addımlar atıb dəstək olmuşuq, nümayəndə heyəti göndərmişik. Bu gün də hesab edirik ki, imperialist işğalçı siyasətin sonu olmalıdır. Çıxışlarımızda da bunu deyirik. Hətta partiyamızın 20 fevralda onlayn sessiyası keçirilib. Orada da bu məsələyə münasibət bildirilib”. Respublikaçı Alternativ Partiyası (ReAl) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli: “Partiyamızın bu məsələdə mövqeyi dəfələrlə açıqlanıb. Rusiyanın Ukraynaya hücumu işğal faktıdır. Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik. ReAl Partiyasının parlamentdəki nümayəndəsi Erkin Qədirli həm də Avropa Şurasında Azərbaycan Nümayəndə heyətinin üzvüdür. O, Rusiyanın AŞ-də üzvlüyünün dayandırılmasına səs verən deputatdır. Ümumilikdə, bu təcavüzdə Rusiyanı haqsız sayırıq. Ukraynanın suverenliyi bərpa olunmalı, müharibə dayandırılmalı və Rusiya öz qoşunlarını hara qədər gəlibsə, oradan geri çəkməlidir. Azərbaycanın, yəni beynəlxalq hüquqa istinad edən və zamanında işğala məruz qalan ölkənin rəsmi mövqeyi belə olmalıdır. Çünki Ukrayanda baş verən hadisələr zamanında bizim də başımıza gəlmişdi. Ona görə də, ərazi bütövlüyü və suverenliyi məsələsi keçilməz səddir. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi mütləq BMT Nizamnaməsi çərçivəsində dəstəklənməlidir”. Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli qeyd edib ki, sosial şəbəkələrdə bu mövzuda paylaşımlar edib: “Əlbəttə, mən HƏP Ali Məclisinin sədriyəm və sosial şəbəkənin gündəliyində hər gün ifadə etdiyim mövqe partiyamızın mövqeyidir. Eyni zamanda, partiyamız xüsusi bəyanatla çıxış edib. Ukrayna xalqını dəstəklədiyini bildirib. HƏP Rusiyanı ittiham edir, Rusiyanın təcavüzkar siyasətini pisləyir. Həmçinin, partiyamız xüsusi bir müraciətlə Rusiyanın Ukraynaya təcavüzünü pisləyən, o cümlədən Ukrayna xalqının yanında olmağı sivil dünyadan tələb edən bir açıqlama verib. Partiya olaraq hələ ki, bunları etmişik. Bütün hallarda funksionerlərimizin çıxışlarında, audio müsahibələrində bir nömrəli məsələ Ukrayna məsələsidir. Çünki bizim də, dünyanın da, demokratiyanın da gələcəyi indiki zamanda Ukrayna xalqının bu prosesdən zəfərlə çıxması ilə bağlıdır. Əks halda, bəşəriyyəti yenidən bolşevizm bəlası bürüyə bilər. Bunun da fərqindəyik. Azərbaycan xalqının mövqeyi də qaneedicidir”. pulsuz elanlar
elan saytlari
elanlar
elan az
elan yerləşdirmək
elan yerləşdir
elan yerlesdirmek
kirayə evlər
kirayə evlər 2021
kirayə mənzillər
kirayə mənzil
kirayə ofislər
kirayə müqaviləsi
kirayə evlər 2022
kirayə obyektlər
kirayə anbar