“Türkləri müharibə gözləyir” – Məşhur kahinin QORXUNC PROQNOZLARI...

Kəhanətləri ilə bütün dünyanı dəhşətə gətirən Nostradamus və Vanqa kimi böyük öngörücülər sırasında, Ana Şipton da var.

Türklər haqqında dedikləri ilə insanları təəccübləndirən Ana Şiptonun bir çox kəhanətləri gerçəkləşib. Koronavirus, iqtisadi dəyişikliklər, iqlim dəyişikliyi kimi dünyada baş verən son hadisələrlə məşhur kahinlərin illər əvvəl söylədiklərinə maraq artmağa başlayıb. Kəhanətləri gerçəkləşən Ana Şiptonun gələcək haqqında dedikləri insanları ürküdür.

Medianews.az Şipton ananın məşhur kəhanətlərini təqdim edir:

“İngiltərənin taleyi dəyişməli olduqda, Londonda çox sayda ölüm olacaq.” (1666 London Böyük Yanğın)

“Arabalar yükləri atsız daşıya biləcək” (Maşınlar)

“Hətta dəmir də odun kimi batmadan suyun üzərində üzə biləcək” (Gəmilər)

“Fikirlər bir göz qırpımında dünyada sürətlə dolaşa biləcək” (İnternet)

Tədqiq edilməmiş torpaqlarda, qayalarda qızıl tapılacaq, insanlar qızıla tələsəcəklər” (ABŞ)

“Padşahlar yalan ittihamlar irəli sürəcək, dəhşətli müharibə planlaşdıracaqlar. Xalqlar qorxu içində olduqda vergilər artacaq və azalacaq.” (I və II dünya müharibələri)

“Ən çətin vaxtlar gələndə Fransa və İngiltərə birləşəcək”. (I və II dünya müharibələri)

“Çox uzaq zamanlarda qadınlar da kişilər kimi şalvar geyinəcək, saçlarını kəsdirəcəklər”.

Nə qədər qəribə görünsə də, İngiltərə yəhudini qəbul edəcək”. (Britaniya Baş Naziri Bejamin Disraeli)

“Üç yatmış dağ nəfəs almağa başlayacaq.” (vulkanlar)

“Tanımadığım yerlərdə belə zəlzələlər şəhərləri bir-bir udacaq” …

“Şəkillər hərəkət etməyə və canlı görünməyə başlayacaq.” (Kino)

“Göy gurultusu yeri silkələyəcək, ildırım səmanı parçalayacaq. Su yer üzünü doldurduqca od öz işini görəcək.”

Şipton türklər haqqında “İngiltərəyə şüşədən bir ev gələcək, orada yaşayan bütpərəstləri və türkləri müharibə gözləyəcək” deyir.

Şipton ana KİMDİR?

1488-ci ildə dəhşətli fırtına zamanı anadan olan Ana Şipton Britaniyanın ən məşhur kahinidir. Ursula Sontheil kimi də tanınır. Hələ uşaq ikən anası Aqatadan ayrı düşən Ursula Sontheil gəncliyində Tobias Şipton adlı bir adamla evlənib və ömrünün sonuna qədər Şipton adı ilə tanınıb.

Ana Şiptonun gələcəyi ilə bağlı şayiələr ağızdan-ağıza yayılıb və 1614-cü ildə kitab halına salınıb. 17-19-cu əsrlərdə xüsusilə Avropa və Avstraliya ilə bağlı kəhanətləri ilə eşidənləri qorxuya salan Şipton Ananın uzun illər mağarada yaşadığı deyilir.

Başqa bir şayiəyə görə, Ana Şipton 1561-ci ildə ölüb.

  






Fikirlər