Şuşanın azad edilməsi ilə qarşımızda dayanan mühüm işlərdən biri də əslən bu bölgədən olan və uzun illər təbliğatı qadağan edilmiş görkəmli şəxsiyyətlərin yazılrını ictimaiyyətə çatdırmaqdır.Bu görkəmli şəxsiyyətlərin zəngin mədəni,tarixi, bədii irsi Azərbaycan oxucusuna maraqlı məlumatlar çatdırır.Bu şəxsiyyətlərdən biri də tanınmış siyasi və mətbuat xadimi, Hilal Münşidir( 1899,Şuşa- 1989,Münhen).Onun Almaniyada Berlində 1935-ci ildə nəşr edilmiş “Qurtuluş” jurnalındakı dəyərli bir yazısını ilk dəfə olaraq oxuculara təqdim edirəm.
Hilal Münşi
Ayın mühüm xəbərləri
Sovetlər və Almaniya
Alman-Sovet münasibətlərindəki gərginlik getdikcə şiddətlənməkdədir. Bu gərginliyin başlıca səbəbi, Sovet ricalinin(rəhbərliyinin) və bilxassə(xüsusilə) Kominternin hər vasitədən istifadə edərək, bütün cahanda Almaniya əleyhində bulaşıq və çirkin propaqandalar yürütmək və min bir türlü maskalar altında yeni Almaniyanı əfkari ümumiyyə(dünya ictimaiyyəti) gözündə mütəzərrir eyləməkdir. Sovet ricalinin bu xüsusda göstərdiyi həyasızlıq hər türlü rəzalətin dərəcəsini keçmişdir. Məsəla, Litvinov kimi, sayı 100 milyona varan qeyri-rus millətləri məhv edən Sovetlərin cəlladlarından biri, Millətlər Cəmiyyəti Şurasının son ictimaında Almaniya əleyhində atəşlər püskürərək “Alamiya, əli altındakı millətləri və kəndi təbəələrini təzyiq ediyor” kimi səfsətələr sovurmaq qədər irəliləmişdir...
Almaniyanın xarici siyasəti üzərində 6 Nisan(aprel) tarixilə Zoppotta mühüm bir nitq söyləyən Fürer və Kanslerin müavini Mr. Rudolf Hess Sovetlərin beynəlmiləl siyasətləri haqqında bəyanatda bulunduqdan sonra, Alman-Sovet münasibətinə təmasla eynən bunları demişdir: “Sovetlərin iştirak etdikləri bütün bağlaşmalara qarşı Almaniyanın ehtiyat ilə davranmasına nədən cahan heyrət ediyor? Məlum olduğu vəchilə(surətlə), Sovet ricali(rəhbərliyi) “kapitalist” deyə tərif etdikləri dövlətlərlə – ki Moskva bunların sırasına Almaniyanı da daxil etməkdədir – yapdıqları müqavilələri sadəcə şu dövlətlərin iqtisadiyyatını pozmaq və dolayısiylə cahan inqilabı hazırlamaq məqsədilə bağladıqlarını dəfələrlə etiraf etmişlərdir.
Sovetlər İttihadı başında bulunan məsul siyasət adamları eyni zamanda dəxi bolşevik rəhbərləri olaraq qalıyorlar. Bu adamlar dövlətdə işğal etdikləri məqamlardan istifadə edərək, kommunizmin siyasi proqramını təhəqqüq etdirməklə məşğuldurlar. Bu kimi dövlət adamlarına başqa bir nəzərlə baxmaq və bunlar tərəfindən, kəndilərini bugünkü mövqelərə gətirən kommunizm proqramının inkar ediləcəyini bəkləmək, məncə doğru bir görüş deyildir. Əgər bolşevik böyüklərini ideyalarına və proqramlarına qarşı, bizzat kəndilərinin etiraf etdikləri vəchilə, sadiq və təmiz bir rəhbər kimi qəbul edəcək olursaq, o halda bu adamları mütləq cahan inqilabının mücahidi olaraq dəxi tanımalıyız. Bu səbəblədir ki, bu adamların, cahan sülhünün bərkiməsi naminə yapılan beynəlmiləl bağlaşmalarda çox müşkül bir rol oynayacaqları şübhəsizdir”.
Mr. R. Hess bu sözlərdən sonra “cahan inqilabını hazırlayan bolşevik ricali” tərəfindən Moskvada Mr. Edenə verilən ziyafətlər əsnasında ingilis kralının şərəfinə qədəh qaldırıldığına işarətən, eyni kralın yaxın əqrəbası bulunan çar II Nikolayın bolşeviklər tərəfindən öldürüldüyünü xatırlatdıqdan sonra eynən bunları dəxi əlavə etmişdir: “Cahan inqilabı müməssilləri tərəfindən Yekaterinburqda öldürülən çar II Nikolayın qətlinə mucib səbəb, çarın monarx (padişah) olmasıdır. Zənnetməyiz ki, qeyri-rus bir dövlətin (məsəla, bizzat İngiltərənin) başında oturan digər bir padişah (monarx) bolşeviklərin cahan inqilabı prinsiplərinə rus padişahlarından daha uyğun gələ bilsin!”.
“Qurtuluş” jurnalı, Berlin,1935, nisan(aprel), il:2, sayı:6,səh.10-15.