“Rusiya Ukrayna yaxınlığında nüvə sınaqları keçirəcək” - NATO-dan XƏBƏRDARLIQ
NATO üzv ölkələrə Rusiyanın Ukrayna ilə sərhəddə nüvə sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib. Azpost.info xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Nəşrin yazdığına görə, Rusiya hakimiyyəti kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirmək istəyir. “The Times” müdafiə sahəsində yüksək vəzifəli mənbəyə istinad edir. Onun sözlərinə görə, NATO sınaqların Qara dənizdə keçirilə biləcəyini ehtimal edir. “Taktiki nüvə silahlarının birbaşa Ukraynada istifadəsi Rusiyanın özü üçün risklərlə doludur, çünki Rusiya şəhərləri bundan əziyyət çəkə bilər”, – yazıda qeyd olunur. NATO Rusiyanı nüvə silahından istifadə edəcəyi təqdirdə ciddi nəticələrlə hədələyib. Alyansda xüsusən də Rusiyanın xüsusi təyinatlı nüvə sualtı qayığı “Belqorod”un hərəkətindən narahatdırlar.