"1990-cı ildə bu təklifi biz etdik, amma qəbul olunmadı. İndi bu barədə söhbət gedir, bəzi şəxslər bizim o vaxt səsləndirdiyimiz təklifləri öz adlarına çıxırlar. İranın siyasəti göz qabağındadır. Bəlkə də yenidən Konstitusiyada dəyişiklik edilə bilər. İranda müəyyən hadislər baş verir, bunun məntiqi nəticəsi olaraq, Cənubi Azərbaycan müstəqilliyinə qobuşa bilər. Bu baş verərsə, biz birləşəcəyik. Şimala və Cənuba ehtiyac qalmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Azərbaycanın adının dəyişdirilərək, Şimali Azərbaycan qoyulması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Deputat bu təklifi hələ 1990-cı ildə verdiyini vurğulayıb: "Düzgün yanaşmadır, tarixi həqiqət belədir. Lakin yeni məsələ deyil. Azərbaycan parlamentində hələ 1990-cı ilin əvvəllərində bu məsələ barədə çox danışmışıq, lazımi qədər də yazılar dərc olunub, məqalələr də yazmışıq... Azərbaycan parçalanıb, iki yerə tökülüb. Dilimizdə də bir Güney, bir Qüzey Azərbaycan sözü var. Danışanda hər yerdə deyirik Cənubi Azərbaycan. Orada da Azərbaycanı 4-5 yerə bölüblər. Təbriz Şərqi Azərbaycan, Urmiya Qərbi Azərbaycan, Ərdəbil, Həmədana başqa ad veriblər. Amma ümumi şəkildə biz ora Cənubi, yaxud Güney Azərbaycan deyirik. Bəzən də İran Azərbaycanı deyirlər. Bura Şimalı Azərbaycandır. 1990-ci ildə dövlət müstəqilliyi bərpa olunanada bu məsələ parlametdə müzkirə olundu. Təklif olundu ki, bəlkə bura Şimali Azərbaycan Respublikası olsun. Həta mən bu barədə məqalə də yazmışıdm. Adı belə idi: "Bura Şimalı Azərbaycandır".
Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanın adının dəyişdirilməsi təklifini irəli sürüb: "Hesab edirəm ki, biz yeni Konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun”.