“Əgər Ermənistan sülhdən yayınmağa davam etsə, hərbi əməliyyatlar..." - AÇIQLAMA...

​“Əgər Ermənistan sülhdən yayınmağa davam etsə, hərbi əməliyyatlar...

“Rus sülhməramlılarının son dövr fəaliyyətləri onların statuslarına tamamilə ziddir. Onlar neytral qala bilmir, Azərbaycan ərazilərinin adlarını təhrif edir və ərazilərimizin intensiv şəkildə minalanmasına şərait yaradırlar”.

“Rus sülhməramlılarının son dövr fəaliyyətləri onların statuslarına tamamilə ziddir. Onlar neytral qala bilmir, Azərbaycan ərazilərinin adlarını təhrif edir və ərazilərimizin intensiv şəkildə minalanmasına şərait yaradırlar”.
Moderator.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev bildirib:
 
“Yaralanan erməni silahlısına görə, heç bir təhlil aparılmadan dərhal erməni mövqeyini müdafiə edir, onların dilindən çıxış edir və inkişaf edən hər bir prosesdə Azərbaycanı günahlandırırlar. Erməni tərəfinin ardıcıl olaraq atəşkəsi pozmasına, Laçın rayonundan erməni silahlı dəstələrinin silah-sursat, mina daşınmasına nədənsə rus sülhməramlılarından reaksiya gəlmir. Ruben Vardanyan seperatçı rejimdə yeni hökumət formalaşdırır, mitinqlər təşkil edir, seçki kompaniyası aparır və rus sülhməramlıları buna da səssiz qalır.
 
Bütün bu faktlar Azərbaycan tərəfini qısa zamanda adekvat və təsirli tədbirlər görməyə vadar edir. Çünki Azərbaycan tərəfi üçün rus sülhməramlılarının və seperatçı rejimin davranışları tamamilə qəbuledilməzdir. Ermənistan tərəfi məğlub tərəf olmasına baxmayaraq, sülh gündəliyinə dair danışıqlarda Fransanın iştirakını tələb edir. Halbuki məğlub ölkə kimi onların üzərinə düşən kifayət qədər yerinə yetirilməyən öhdəliklər mövcuddur. Erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmaması, Azərbaycan ərazisində Ermənistanda istehsal olunan minaların basdırılması, sərhəd problemi, atəşkəsin pozulması və s. məsələləri Ermənistan tərəfi görməzdən gəlir. Amma regiona və danışıqlar prosesinə aid olmayan, nə vaxtsa ATƏT-də təmsil olunmuş Fransanı danışıqlar prosesində görmək istəyir. Bu isə birmənalı olaraq, danışıqlar prosesindən imtina etmək deməkdir”.
 
Ekspert bildirib ki, Ermənistan tərəfinin gərginliyin artırılması üçün göstərdiyi səylər gələcəkdə sərhəddə toqquşmalara səbəb ola bilər:
 
“Əgər Ermənistan tərəfi ordusunun belə bərbad vəziyyətində danışıqlar prosesindən imtina edirsə,  Azərbaycan da bu həssas və dayanıqsız sülhün davam etməsində o qədər də maraqlı olmaya bilər. Bu isə sonda  lokal toqquşmalara gətirib çıxara bilər. Hazırda Ermənistan gərginliyin davam etməsi üçün əlindən gələni edir. Eyni zamanda rus sülhməramlılarından da ağlabatan açıqlamalar eşitmirik. Bu isə məsuliyyətin həm Ermənistanın, həm də rus sülhməramlılarının üzərinə düşdüyünü deməyə əsas verir”.
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər