İqbal Ağazadə ofisində qadağalar qoydu: Mobil telefon, gödəkçə...

İqbal Ağazadə tələbəsinin ona yazdığı sevgi məktubundan danışdı - O KİMDİR? - YouTube

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə iş otağına eynək, mobil telefon, gödəkçə ilə daxil olunmasına icazə verməməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

"AzerTaym.az" Pravda-ya istinadla xəbər verir ki, o bu qaydanın təkcə jurnalistlərə deyil, hər kəsə aid olduğunu deyib:

“Mobil telefonla daxil olduğunuz yerdə yüz zəng gəlir, yüzünə də cavab verməli olursunuz. Mənimlə jurnalist olaraq söhbətə gəlmisinizsə, müsahibənizi alıb, çıxıb gedəcəksiniz. Mən niyə sizin zənglərinizə qulaq asmalıyam? Yaxud bir başqasına... 

Çox normal bir qərardır, burada nə var ki?!”

İ.Ağazadə bildirib ki, eynəklə bağlı qadağa yoxdur: “Əsasən üst geyimi və mobil telefon ilə heç kim iş otağıma daxil olmayacaq. Bu, partiyanın qərarıdır. Təkcə jurnalistlərə aid deyil. Heç kim otağa üst geyimdə və mobil telefonla daxil olmur.

İclas gedəndə də belədir. Tutaq ki mən iclas aparıram, hamı mobil telefonla daxil olub. Yüz zəngə yüz nəfər cavab verir, bəs onda iclas necə oldu?! Mənimlə müsahibəyə gəlmisinizsə, niyə telefonla gəlməlisiniz?! Kameranız var, çəkdiniz, yaxşı yol, gedə bilərsiniz. Telefonla çəkənlər var, onlar otağa girib telefonla çəkib, gedirlər. Bilmirəm, bu, niyə belə təəccüblü gəlir ki?! Niyə təəccüblü olmalıdır?

Qəbul otağında xüsusi yer var, içəri girən şəxslər telefonlarını ora qoyub, çıxanda götürürlər. Üst geyimlərini də oradan asırlar. Ümumiyyətlə, niyə kimsə bir sədrin, yaxud başqa birinin otağına qış geyimində, şubada, paltoda, gödəkçədə daxil olmalıdır ki?! Onları təhvil verib, sonra otağa keçmək normal deyil?!

Təəccüb yaratması mənə qəribə gəlir. Çox təəssüf edirəm ki, adamlar ciddi məsələləri qoyub, qeyri-ciddi şeyləri müzakirə edirlər. Hara daxil olursansa, çantanı, üst geyimini, telefonunu təhvil verib, sonra qəbula girirsən. Bu, etik normadır və dünyanın hər yerində belədir - Avropada da, Amerikada da...”






Fikirlər