“TOQQUŞMA QAÇILMAZ OLA BİLƏR” – “İran Azərbaycanın və Türkiyənin gücünü test etmək istəyir”

Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsrailllə daha sıx hərbi əməkdaşlığa sövq edir”

“İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir. Tehran ilk növbədə Azərbaycanın və Türkiyənin təxribata reaksiya gücünü test etmək istəyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İranın Azərbaycana qarşı təhrikedici addımlarını şərh edərkən bildirib.

“Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır”, - təhlilçi əlavə edib.

 

 

Ekspert hazırda İsrail-İran gərginliyinin artmasına diqqət çəkir. 

“İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsrailllə daha sıx hərbi əməkdaşlığa sövq edir”- deyə, E.Şahinoğlu vurğulayıb.






Fikirlər