“Seçki sisteminin dəyişdiriləcəyi gözlənilir” - İlqar Məmmədov

“Seçki sisteminin dəyişdiriləcəyi gözlənilir” - İlqar Məmmədov

“2020-ci ildə biz çox məhdud nəticə əldə etdik. Biz bir namizədlə parlament partiyası olmuşuq. Gələcəyə gəlincə, bizim Prezident Administrasiyası və parlament rəhbərliyi ilə apardığımız dialoq nəticəsində formalaşan gözləntilərimiz var”. 

REAL Partiyasının sədri İlqar Məmmədov Minval.az-a müsahibəsində mümkün parlament seçkiləri, Seçki Məcəlləsində dəyişikliklərlə bağlı danışıb.

“Seçki sisteminin dəyişdiriləcəyi, proporsional təmsilçiliyin tətbiq ediləcəyi gözlənilir: ya qarışıq, ya da sırf proporsional seçki sistemi. Hakim partiya bunda maraqlıdır və təşəbbüs hakimiyyətdən gəlir. Bu proses Azərbaycanla Ermənistan arasındakı münaqişə səbəbindən müəyyən qədər səngidi. Buna baxmayaraq, biz bilmirik ki, majoritar seçkilərə, yoxsa qarışıq sistemə hazırlaşmalıyıq. Amma biz müəyyən hazırlıq işləri görürük: partiya üzvləri ilə ünsiyyət qururuq, kriteriyaları müəyyənləşdiririk, parlamentdə iştirakımızı artırmaq üçün seçki kampaniyası zamanı qaldırıla biləcək mövzuların axtarışı ilə bağlı ölkədəki vəziyyəti öyrənirik”, - deyə o bildirib. 






Fikirlər