Pənah Hüseynin partiyası özünü buraxır? - Açıqlama

Pənah Hüseynin partiyası özünü buraxır? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Kommunist Partiyası özünü buraxıb. Bununla da fəaliyyətini son verən partiyaların sayı 18-ə çatıb. Prosesin davam edəcəyi, “cırtdan”ların tarixin arxivinə gömüləcəyi gözlənilir. 

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Yenisabah.az-a açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib. Siyasətçi digər siyasi partiyaların qərarlarını şərh etməyin düzgün olmadığını bildirib. 

O, AXP-nin fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb: 

“Hazırda partiyamıza birləşmək istəyən yoxdur. Bununla bağlı hər hansı təklif olmayıb. Biz də heç kimə birləşmək fikrinə deyilik. Hazırda təqdim olunan reyestr forması üzrə partiya üzvlərinin siyahısını tərtib edirik. Əgər başa çatdıra bilsək və lazım olan həddə qanunun tələblərinə uyğun olsa, siyahımızı təqdim edəcəyik”. 






Fikirlər