İsa Qəmbərdən 2014-ün ilk ismarışı

Müsavat Partiyasının lideri İsa Qəmbər özünün "facebook" profilində 2014-cü ilin ilk statusunu paylaşıb. Azertaym.az -ın məlumatına görə başqan statusunda bildirir ki, qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq:
İsa Qəmbərdən 2014-ün ilk ismarışı“2014 gəldi.
Qəzəbliyəm-olanlara, keçənlərə, torpağımızın işğal altında, dostlarımızın, silahdaşlarımızın, gənclərimizin zindanda olmasına.
İnanclıyam-Allahıma, xalqıma, vətəndaşıma, dostuma, silahdaşıma, özümə.
Qəzəb intiqama, inam arxayınlığa səbəb olmamalıdır, hər ikisindən-qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq.
2014 bizim il olmalıdır, xalqın ili!
Bunun belə olması üçün əlimdən gələni edəcəm.
Hər kəsi də buna çağırıram”.






Fikirlər