Hikmət Hacıyev Zülfüqar Hüseynzadənin qəfil ölümündən YAZDI

Xəbər verdiyimiz kimi, "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər Kəlbəcərdə, doğma Başlıbel kəndində ürəktutmadan vəfat edib.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində bununla bağlı paylaşım edib.

“Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu”, deyə o, qeyd edib.

Xatırladaq ki, Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.

Məlumat üçün onu da bildirək ki,  Zülfüqar Hüseynzadə Bərdə rayonu Əliyanlı kənd qəbiristanlığında, atasının və anasının məzarları yanında dəfn olunub.

Allah rəhmət eləsin!

8d5d5d02-b1d3-4f62-99c8-813079812503.jpg (241 KB)






Fikirlər