ABŞ kəşfiyyatının rəhbərindən Priqojinə: "Yediklərinə fikir versin, Putin intiqam alacaq"

"Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojindən intiqam almaq istəyə bilər”.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Vilyam Börns deyib. O bildirib ki, Putin Priqojinlə necə davranacağına dair vaxt qazanmağa çalışır.

“Vaqner” üsyanından sonra Putinin zəifliklərinin ortaya çıxdığına diqqət çəkən Börns "Çox mürəkkəb bir rəqsin şahidi oluruq”,- deyə əlavə edib.

MKİ rəhbəri Priqojinin daim yer dəyişdiyini, son vaxtlar Rusiya ilə yanaşı, Belarusun paytaxtı Minskdə olmasının başadüşülən olduğunu söyləyib.

“Putin adətən intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Təcrübələrimə əsasən deyə bilərəm ki, Putin intiqamın ən böyük elçisidir. Dolayıısı ilə Priqojinin ondan daha çox intiqam alınmasından qaça bilməsi məni təəccübləndirərdi. Onun (Priqojinin) yerində olsaydım, yediklərimə fikir verərdim. Gözümü menyumdan ayırmazdım”.






Fikirlər