SON DƏQİQƏ! Rus ruletkasını PUTİN QAZANDI - Priqojinin yerinə bu şəxs keçir - FOTO

"Qəzada təkcə Yevgeni Priqojin deyil, onun mümkün davamçıları da həlak olub. Yəni "Vaqner" lidersiz qalıb".

Musavat.com xəbər verir ki, bu barədə “New York Post” yazıb.

NY Post-un məlumatına görə, "Vaqner"in missiyalarını və biznes aktivlərini ələ keçirməyə ən yaxın namizəd Kremlə bağlı oliqarxlar və yüksək səviyyəli hərbi məmurlar arasında sövdələşmə kimi başlayan Rusiya kəşfiyyatının nəzarətində olan muzdlu qrup "Redut"dur.

"Vaqner" hərbi şirkətinin bəzi bizneslərini ələ keçirmə ehtimalı yüksək olan "Redut" Gennadi Timçenko tərəfindən təsis edilib. Oliqarx Gennadi Timçenko Rusiya lideri Vladimir Putinin ən yaxın müttəfiqlərindən biri kimi tanınır.

64eafc794e3fe028c0316947 (1).jpg (32 KB)

Keçən ay Böyük Britaniyanın İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilən sübutlarda keçmiş yüksək rütbəli rusiyalı zabit və "Vaqner" döyüşçüsü "Redut"un Putinə bağlı oliqarx Timçenko tərəfindən satın alınan fabrikləri qorumaq üçün yaradıldığını söyləyib.

"Bu layihənin xaç atası olan Timçenko Rusiya ordusu tərəfindən təklif edilib" - deyən zabit qrupun əhəmiyyətinin Ukrayna müharibəsi ilə artdığına diqqət çəkib.

ABŞ qəzetinin yazdığına görə, ikinci namizəd kimi Krım qubernatoru Sergey Aksyonovun yaratdığı “Konvoy” adlı xüsusi hərbi qrup önə çıxır.

Çarların kazak cangüdəni olan İmperator konvoyunun şərəfinə adlandırılan qrupa Priqojinin köhnə dostu Konstantin Pikalov rəhbərlik edir. Pilakov və komandası Ukraynanın Xerson vilayətində baş verən münaqişələrdə fəal iştirak edib.

Rusiyanın dövlət karbohidrogen nəhəngi Qazprom tərəfindən maliyyələşdirilən Fakel və Potok kimi şirkətlərin rəhbərlik etdiyi hərbi qruplar da var. Amma bu qrupların Vaqneri əvəz edə biləcəyi barədə fikirlər "zəif səslə" ifadə edilir.

ABŞ mediası Moskvada hərbi çevrilişə cəhd edən Yevgeni Priqojinin ölümünü "rus ruletkasını (ölümcül şans oyunu - red.) Putin qazandı" kimi şərh edir.






Fikirlər