“Ukraynanın Rusiya ilə qarşıdurmada uduzması təhlükəsi böyükdür...” - “Vaşinqton-post”

“Ukraynanın Rusiya ilə qarşıdurmada uduzması təhlükəsi böyükdür...”- “Vaşinqton-post”

"Bu yazı Azərbaycanda da Rusiyanın "5-ci kalon"u üçün bir testdir... Görək, sevinclərini necə biruzə verəcəklər?..tyabr ayı Rusiya prezidenti Vladimir Putin üçün çox uğurlu ay oldu..." 
 
Moderator.az xəbər verir ki, bu  fikir Amerikanın “Vaçinqton-post” (“The Washington Post”) qəzetinin növbəti məqaləsində  bildirilib.
 
“Oktyabr 20 ay əvvəl Ukrayna ilə münaqişədən sonra Rusiya prezidenti üçün, yəqin ki, ən yaxşı ay oldu. Əgər ayrı-ayrı hadisələr tendensiyaya çevrilərsə, Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada uduzması təhlükəsi böyükdür”, - deyə qəzet yazır.
 
ABŞ nəşri xatırladıb ki, ayın əvvəlində ABŞ Konqresi ölkənin yeni büdcəsini Ukrayna silahlı qüvvələrinin dəstək olmadan təsdiqləyib. 
 
Daha sonra Putin Rusiyayönlü siyasətçi Robert Fitsonun baş nazir seçildiyi Slovakiyadan şad xəbər alıb. Və bundan sonra Yaxın Şərqdə münaqişə kəskinləşdi və bu, ABŞ-ın bütün diqqətini həmin bölgəyə cəlb etdi.
 
“Oktyabr ayında Ukraynanın əks-hücumunun tamamilə uğursuz olduğu məlum oldu”- deyə “Vaşinqton-post” vurğulayır. Bundan başqa, Maykl Conson ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçilib və o, Ukrayna silahlı qüvvələrinə deyil, İsrail Müdafiə Qüvvələrinə daha çox yardım etmək qərarına gəlib.
 
Putin üçün “sonuncu “buket” oktyabrın sonunda, Fransada keçirilən yeni sorğuda [Rusiya ilə əlaqəsi olan] Marin Le Peni 2027-ci il Fransa prezidentliyinə potensial namizədlər siyahısında birinci yerə qoyduğu zaman verildi” – deyə Amerikanın nüfuzlu nəşri qeyd edib.
 
P.S. Bu yazı Azərbaycanda da Rusiyanın "5-ci kalon"u üçün bir testdir... Görək, sevinclərini necə biruzə verəcəklər?..
 
S.Laçın






Fikirlər