Prezident Əliyevin dediyi o iki cani erməni - Onları necə yaxalamalı...

Prezident Əliyevin dediyi o iki cani erməni - Onları necə yaxalamalı...

“Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər”.

Bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.  

Onların arasında Qarabağda olmuş bütün keçmiş “liderlər”, daha sonra Qarabağa ixrac edilmiş “baş nazir” və digərlərinin yer aldığını bildirən dövlət başçısı həmçinin vurğulayıb: “O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadır, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.

Sözsüz ki, həmin iki erməni Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyandır. Hərçənd İrəvanda daha iki hərbi cinayətkar gizlənir - Vitali Balasanyan və Samvel Babayan. Onların Bakıya gətirilməsi üçün nə vaxt əlverişli şərtlər yarana bilər? “Azərbaycan Serj Sərkisyan və Robert Köçəryanın həbs olunması üçün hər şeyi edəcək”. Bunu isə erməni türkoloq Varujan Geqamyan bildirib. “Bakı Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryanı tutmaq üçün hər şeyi edəcək, Əliyev bunu birbaşa dedi. Azərbaycan qaz təchizatı baxımından Avropa Birliyinin əsas tərəfdaşlarından biridir. Ona görə də heç bir halda Qərbin təzyiqindən qorxmur, çünki belə bir şey olmayacaq”, - V.Geqamyan qeyd edib. Qalır zaman amili. Ümid edək ki, bu itlər layiqli cəzalarına çatdırılmadan gəbərməyəcəklər. 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Köçəryan və Sərkisyanı Haaqa tribunalına verməyə ehtiyac yoxdur. “1998-ci ildə Roma statutu təsdiq edilib və Beynəlxalq Cinayət Məhkəməsi daimi fəaliyyət göstərir. Onların cinayətləri Roma statutundan əvvəl baş verib. Biz də həmin statutu ratifikasiya etməmişik deyə özümüz addım atmalıyıq. Misal üçün Səddam Hüseynə, Slobodan Miloşeviçə qarşı dünya səfərbər olmuşdu. Bu Xocalı caniləri üçün isə beynəlxalq ictimaiyyət maraqlı deyildi. Əksinə, Araik, Ruben xarici ölkələrə səfər edirdilər. Ona görə Azərbaycan özü addım ata bilər”, - deyə həmsöhbətimiz belə dəyərləndirir. X.Bəşirov hesab edir ki, beynəlxalq hüquqa söykənərək cinayət törətmiş həmin Xocalı qatillərini mühakimə edə bilərik: “Onlar soyqırımı, təcavüz, terror cinayətləri törədiblər, ərazi bütövlüyünə qarşı cinayətlər törədiblər. O baxımdan beynəlxalq hüquq bu cinayətləri törətmiş şəxslərin mühakiməsini əsaslı sayır. Azərbaycan dövləti hjəbs edilən separatçılarla bağlı ibtidai istintaq aparır, separatçı liderlər saxlanılıblar, həmin ərazilər nəzarətimizdədir. O torpaqlarda kütləvi insan məzarlıqları aşkarlanıb. Bütün sübutlar toplanıb, məhkəməsinin başlanmasını görəcəyik. İrəvanda olan canilərin də həbsi üçün müvafiq addımların davam etdirilməsi lazımdır”. 

Hüquq müdafiəçisi Xəzər Teyyublu Köçəryanla Sərkisyanın həbsi üçün siyasi şəraitin yetişməli olduğunu düşünür. Onun gümanına görə, hər iki Xocalı canisi Azərbaycana ekstradisiya edilməlidir: “Ermənistanla sülh müqaviləsi imzalansa, diplomatik əlaqələr yaradılsa, bu məsələ İrəvan qarşısında qaldırıla bilər. Ancaq burada siyasi iradə olmalıdır. Paşinyan hakimiyyətə gəldikdən sonra Köçəryanı həbs etdi, amma uzun müddət saxlaya bilmədi. Çünki Rusiyadan təzyiq gördü, Putin onun azadlığa buraxılmasını istədi. Bu günlərdə həbs edilən separatçılar haqda Kreml başçısına suallar veriləndə də demişdi ki, nizamlama prosesi həllini tapdıqdan sonra Azərbaycanın humanitar addımlar atacağına ümid edir. Bununla eyham vurmuşdu ki, Vardanyan və digərlərinin azad olunması üçün gələcəkdə Bakıdan jest gözləyəcək. O baxımdan bu məsələ daha çox siyasi xarakter daşıyır”. 






Fikirlər