Ermənistanın “Respublika naminə” partiyasının sədri Arman Babacanyan iddia edir ki, Qarabağın dağlıq hissəsindən “dağlıq Qarabağ müdafiə ordusu”nun silahlı birləşmələri” adlanan separatçı-terrorçu qüvvələrin tərksilah olunaraq ərazidən çıxarılması Rusiya “sülhməramlı”larının vasitəçiliyi, Xocalı caniləri olan terrorçu eks-prezidentlər Serjik Sərkisyanın koordinasiyası və Robert Köçəryanın iştirakı ilə İrəvanda razılaşdırılıb.
Moderator.az xəbər verir ki, "Aykakan Jamanak"ın yayğığı məlumata görə, bu barədə A.Babacanyan öz “Facebook” səhifəsində yazıb.
“Sentyabrın 20-də sizin artsaxda seçdiyiniz hökumət rəhbərləri: parlament sədri Davit İşxanyan, keçmiş prezidentlər Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, milli təhlükəsizlik xidmətinin direktoru, daxili işlər naziri, parlamentdəki “milli birlik” fraksiyasının lideri Samvel Babayan, İrəvanda bütün parlament fraksiyalarının liderlərinin, həmçinin Robert Köçəryanın iştirakı, Serj Sarkisyanın koordinasiyası və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə məşhur bəyanatı yayıblar ki, onun ikinci bəndində deyilir:
“Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlılarının dislokasiya zonasından çıxarılması, Dağlıq Qarabağ Müdafiə Ordusunun silahlı birləşmələrinin buraxılması, tam tərksilah edilməsi və ağır texnika və silahların Dağlıq Qarabağ ərazisindən mümkün qədər tez çıxarılması barədə razılıq əldə olunub”,- deyə erməni partiya sədri yazıb.
P.S. Əslində Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyandan da öncə Robert Köçəryan və Serj Sərkisyan hələ sovet dövründən “KQB”-nin, sonra da xüsusən Putinin dövründə “FSB”-nin sadiq nökərləri olduğu üçün Moskvadan əmr gələndən sonra onlar Ermənistan ordusunu da tərksilah etdirilməsinə razılıq verərlər… Onu da xatırladaq ki, sentyabrın 9-da Azərbaycan torpağında artıq külləri də sovrulmuş separatçı-terrorçu rejimin sonuncu "seçilmiş" qondarma "prezident"i Samvel Şahramanyanın da Serjik Sərkisyanın və deməli, dolayısıyla Rusiyanın "adamı" olması haqda informasiyalar yayılmışdı...
S.Laçın