Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə: “ Onu insanların qəlbindən çıxarmaq mümkün deyil”- EKSKLÜZİV

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə: “ Onu insanların qəlbindən çıxarmaq mümkün deyil”- EKSKLÜZİV

“Sizin sayt vasitəsilə Rəsulzadə sevərləri və Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bilirsiniz ki, cənab prezident İlham Əliyev Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam bizi çox sevindirir”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. O daha sonra əlavə edib.
“Rəsulzadəni xalq sevir, o qəlblərdədir. Rəsulzadəni insanların qəlbindən çıxarmaq mümkün deyil. Bu böyük şəxsiyyətin nəvəsi olmaq həm şərəfdir, həm də böyük məsuliyyət. Nəsə addım atanda, danışanda mütləq düşünməli olursan. Babam siyasi fəaliyyətə təxminən 1905-ci ildən başlayıb. Bütün ömrünü Azərbaycanın istiqlalına, Azərbaycan xalqının maraqlarına sərf edib deyə ona ayrı-ayrı dövrlərdə çoxlu təzyiqlər olub. Buna görə də yazılarını hərdən başqa imzalarla yazıb. Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıram. Arzu edirəm ki, gənc nəsil, ələxsus da jurnalistlər Rəsulzadənin irsini araşdırsınlar, xalqa çatdırsınlar. Sensassiya arxasınca qaçmaq lazım deyil. Elə jurnalistlər var ki, zəng edir ki, “hə, nə deyə bilərsiz?” Jurnalistdən də jurnalistə fərq var. İlboyu tədbirlər olacaq. Müşahidə etsinlər, doğru məlumatları işıqlandırsınlar” deyə Rais Rəsulzadə deyib.
 
Rais Rəsulzadə səhhətindən də danışıb.
 
“Özünüz də görürsünüz ki, güclə danışıram. İnsult olmuşdum. Bir az özümə gəlmişəm. Artıq düzəlirəm, işə gedirəm, işimin başındayam” deyə Rais Rəsulzadə deyib.






Fikirlər