Britaniyanın nüfuzlu nəşri Simonyanı "qunduzyeyən" adlandırıb

Britaniyanın nüfuzlu nəşri Simonyanı

"Britaniyalı jurnalistlər yeni heç nə düşünməyib və putinçi Marqarita Simonyanın kulinariya sevgisindən danışıb, amma nədənsə, bu, onun xətrinə dəyib..."
 
Britaniyanın "The Times" nəşri Rusiyanın "Russia Today" nəşrinin baş redaktoru Marqarita Simonyanın "beaver", yəni "qunduzyeyən" adlandırıb. Bunu təbliğatçının özü sosial şəbəkələrdə iddia edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "informator.ua" nəşri yazıb.
 
"Britaniyanın qocaman "The Times" qəzeti məni "qunduzyeyən" adlandırıb. İngilis yumoru cılızlaşmaqdadır", - o, məlumat verib.
 
Təəssüf ki, Simonyan qəzetin hansı məqaləsində, hansı kontekstdə bu adın işlətməsi barədə dəqiqləşdirməyib.
 
Qeyd edək ki, ingilisdilli "Vikipediya"da "beaver" barədə məqalə var, orada göstərilir ki, Kreml təbliğatçısı bu ayamanı 2012-ci ilin sonunda qazanıb.
 
O zaman Simonyan bazara baş vurduqdan sonra öz istifadəçilərinə deyib ki, "soğan, kök və dəfnə yarpağı ilə qunduz başı" bişirmək niyyətindədir.
 
İstifadəçilər sosial şəbəkələrdə Simonyanın kulinariya həvəsini fəal şəkildə müzakirə etməyə başlayıb və kimsə onu "qunduzyeyən" adlandırıb.
 
Aradan çox zaman keçməyinə rəğmən, səbəb unudulsa da, təbliğatçı bu ayaması yadda qalıb.
 
Sonradan "qunduzyeyən" ayamasından müxalifətçi Aleksey Navalnı istifadə edib. 2021-ci ildə Simonyan bunu xatırladaraq cəza çəkdiyi koloniyaya ona quyruğu hisə verilmiş qunduz göndərib.
 
Simonyan təkcə kulinariya "zövqü" ilə deyil, başqa ağlasığmaz ideyaları ilə də təəccüb doğurur. 
 
Məsələn, ötən ilin oktyabrın sonunda o, Sibir ərazisində termonüvə partlayışı törətməyi təklif edib.
 
Onun sözlərinə görə, bu yolla Kremlin düşmənlərinə endirəcəyi nüvə zərbəsi nəticəsində yaranan çoxlu sayda qurbanlardan yan keçmək mümkün olacaq.
 
Lakin onun versiyasına görə, bütün dünyada radioelektronika sıradan çıxacaq və bəşəriyyət, onun sözlərinə görə, hamının yaxşı yaşadığı "gözəl 1993-cü ilə dönəcək".
 
Belə təklifə görə o, rusiyalıların özləri tərəfindən tənqidə məruz qalıb.
 
Qərb mətbuatının jurnalistin ayamasından istifadə etməsi ilə bağlı qeyd etmək lazımdır ki, SSRİ dünyaya "peyk" sözünü, postsovet Rusiyası "yenidənqurma" sözünü, Putin Rusiyası isə, belə çıxır ki, "qunduzyeyən" sözünü bəxş edib.






Fikirlər