“HaberGlobal” Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb

 

Türkiyənin "Haberglobal" telekanalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb.

"Report" xəbər verir ki, reportajda bu gün baş tutan seçki prosesi izlənilib, səsvermə prosesi işıqlandırılıb.

Həmçinin Azərbaycanın İstanbuldakı Baş konsulluğunda səsvermə porsesi ilə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda olduğu kimi səsvermə saat 19:00-da bitəcək, səslər sayılacaq və Azərbaycana təqdim ediləcək.

Telekanal seçkilərdə 6 namizədlə mübarizə aparan hazırkı Prezident İlham Əliyevin Azərbaycanda prezidentlik müddətinə həsr olunan reportaj hazırlayıb. Reportajda Prezident İlham Əliyevin Azərbaycanda gördüyü işlər, Qarabağ zəfəri, antiterror tədbirləri ilə bağlı məlumatlar yer alıb.

Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb. Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyətə başlayıb.

 

 

 

 

 

 






Fikirlər