“Meydan TV işi”: Daha bir nəfər HƏBS olundu...
“Arqument.az” saytının rəhbəri Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. AzerTaym.az DİN-ə istinadla xəbər verir ki, jurnalist qaçaqmalçılıqda ittiham olunur. Bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb. Bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.