Məhkəmə Əkrəm İmamoğlu barəsində qərar verdi

İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, tezliklə həbsxanaya aparılacaq.
AzerTaym.az qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə prokurorun bələdiyyə sədrinin həbsə ilə bağlı vəsatətini təmin edib.
Əkrəm İmamoğluna qarşı iki ittiham irəli sürülüb. Biri meriyadakı korrupsiya, digəri terrora yardımdır. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi qeyd olunur.
Bu arada, ittiham tərəfinin vəsatətində "silahlı terror təşkilatına yardım etmək”, "cinayətkar təşkilat yaratmaq”, "tender nəticələrini saxtalaşdırmaq” və "rüşvət alma” iddiaları yer alıb.
Əkrəm İmamoğlu il yanaşı daha 18 nəfər haqqında həbs qərarı çıxarılıb: Ali İlbak, Adem Tuncay, Ahmet Köksal, Ali Nuhoğlu, Eyüp Subaşı, Kamil Timur Delibaş, Murat Abbas, Mete Sarıaltun, Alper Aydın, Serdal Taşkın, Serkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Ahmet Çiçek, Yusuf İlbak, Servet Yıldırım, Serdar Haydanlı və Buğra Gökçe.
Ahmet Palazoğlu, Alihan Aydın, Ercan Saatçi, Alperen Aydın, Bayram Taşkın, Canan Münüklü, Cemal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan isə "xaricə çıxış qadağası" və "imza ilə adli nəzarət tədbiri" tətbiq edilərək sərbəst buraxılıb.






Fikirlər