ABŞ RUSİYANIN müttəfiqidir ruslar TÜRKİYƏDƏN qorunsun... - ŞOK
Rusiya ABŞ-ın və Qərb dünyasının yeganə müttəfiqi sayılır və özünü əsl rəqibləri olan İran, Türkiyə və Çindən qorumalıdır. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın keçmiş siyasi və strateji müşaviri Stiven Bennon deyib. “Soyuq müharibə” dövründə ruslarla döyüşmüşəm. Mən sualtı qayıqda zabit kimi çalışdım. Daha sonra Pentaqonda Rusiyanı silahsızlaşdırmasında iştirak etdim. Mən ruslarla tanışam və mən bilirəm ki, Rusiyanın iqtisadiyyatı İtaliyanın və Nyu York ştatının iqtisadiyyatından zəifdir. Rusiya bizə təhlükə yaratmır. Əksinə, o bizim yeganə müttəfiqimizdir”, - sabiq müşavir bildirib. O bildirib ki, Kremlin əsas rəqibləri Pekində, Tehranda və Ankaradadır: “Krımın işğal edilməsindən dolayı narahat olmağa dəyməz. Əsas diqqəti Böyük İpək yoluna, bu yolun birləşdirdiyi və keçmiş savaşlardan çıxan Çin, Türkiyə və İran kimi böyük dövlətlərə yönəltməliyik. Bu mədəniyyətlər bizim yəhudi-xristian kültürünə yaddır”.