MİSİRİN yeni PREZİDENTİ MƏLUM oldu
Misirin hazırkı prezidenti Əbdül Fəttah əs-Sisi ötən həftə keçirilmiş seçkilərdə qalib gəlib. Modern.az-ın məlumatına görə, o, 97 faiz səs toplayıb. Üç gün davam etmiş seçkilərdə iştirak faizi 41,05 faiz təşkil edib. Əbdül Fəttah əs-Sisinin rəqibi Musa Mustafa Musa 2,92 faiz səs toplaya bilib. Qeyd edək ki, Misirdə prezident seçkiləri üç gün – martın 26-dan 28-dək keçirilib.