Erkin Qədirli siyasətdən getdi
Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (ReAl) partiyaya çevrilməsindən sonra siyasətlə məşğul olmayacağını bəyan edib. Lent.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb. E.Qədirli bildirib ki, təşkilatda qalsa da, rəhbərlikdə təmsil olunmayacaq: “Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir - məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl-da qalıram - dostlara yardım etmək üçün. Amma ReAl-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.