İsa Qəmbər TÜRKİYƏ Böyük Millət Məclisinin KEÇMİŞ başqanı ilə görüşüb
"Ankarada Hacettepe xəstəxanasında İsa Qəmbərin müalicəsi uğurla davam edir. Özünü yaxşı hiss edir”.
AzerTaym.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. O qeyd edib ki, Müsavatın sabiq başqanı İ.Qəmbərlə keçmiş Məclis başqanlarının görüşü də olub:
"Bu gün İsa bəyin Hacettepe Universitetinin rektoru professor A.Haluk Özən, Türkiyə Böyük Millət Məclisinin keçmiş başqanı, millət vəkili Cəmil Çiçəklə görüşləri oldu. Nikbin əhvalda keçən görüşlərdə İsa bəyin səhhəti ilə yanaşı digər məsələlər barədə də fikir mübadiləsi apardıq”.
A.Hacılı sonda qeyd edib ki, İ. Qəmbər onun səhhəti ilə maraqlanan, ona xoş arzularını çatdıran hər kəsə təşəkkürünü bildirir.