TÜRKİYƏ beynəlxalq GÜCƏ RƏHBƏRLİK EDƏCƏK!
Ədən körfəzi və Somalinin dəniz sularında dəniz quldurluğu ilə mübarizə aparmaq üçün fəaliyyət göstərən beynəlxalq güc sisteminin səlahiyyət müddəti Yaponiyadan Türkiyəyə ötürülüb.
"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, Avropa ilə Asiya qitələrini bir-birinə bağlayan yeganə dəniz yolu olan Ədən körfəzi və Somali sularında dəniz quldurlarının kommersiya və yardım gəmilərinə hücum etməsini əngəlləmək üçün döyüş gəmilərindən ibarət yaradılan Birləşmiş Dəniz Qüvvələrinə (CTF-151) 26 oktyabr 2017-ci ilə qədər türkiyəli admiral Əmrə Sezənlər rəhbərlik edəcək.