“ƏN ÇOX SEVDİYİM YEMƏKLƏR MEHRİBANIN BİŞİRDİKLƏRİDİR” – İLHAM ƏLİYEV
Prezident İlham Əliyev “Rusiyanın qəzeti”nə müsahibə verib. BakuPost xəbər verir ki, müsahibəsində milli mətbəximizdən danışan ölkə başçısı yeməklərimizin çox dadlı, lakin həm də təhlükəli olduğunu deyib: “Hər xalqın mətbəxi onun mədəniyyətinin göstəricisidir. Azərbaycan mətbəxi də həmçinin çoxçeşidlidir, çox dadlıdır, lakin təhlükəlidir”. İ. Əliyev “təhlükə nədədir” sualına belə cavab verib: “Çəkiyə nəzarət baxımından. Buna görə də çalışıram ki, gündəlik qidalanmamda həddi keçməyim. Hərçənd hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı mətbəx yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini də sevir, mən də istisna deyiləm. O ki qaldı mənim Azərbaycan mətbəxindən sevimli yeməklərimə, mən onların hamısını sevirəm. Amma ən çox həyat yoldaşım Mehribanın hazırladığı yeməkləri sevirəm. O, bu işdə peşəkardır. O, kulinar bacarıqları ilə mənə və ailə üzvlərimizə böyük sevinc bəxş edir”.