Ofşor zonalardakı kapitalın ümumi həcmi nə qədərdir? — ARAŞDIRMA
Dünyadakı ofşor zonalara axıdılan kapitalın ümumi həcmi açıqlanıb. Ölkə.Az xəbər verir ki, "Tax Justice Network" qeyri-hökumət təşkilatının sifarişi ilə Kolumbiya universitetinin professoru Ceyms Henrinin rəhbərliyi altında aparılmış iqtisadi araşdırma nəticəsində bütün dünyadan ofşor zonalara köçürülmüş pulların ümumi həcmi hesablanıb. Araşdırmanın nəticəsində məlum olub ki, 2014-cü ilin sonuna qədər ofşor zonalara ümumilikdə 12 trilyon dollar pul axıdılıb. 18 ay davam edən araşdırmanın nəticəsində əldə olunan rəqəmlərə görə, 2014-cü ilin sonunadək Çindən, Honkonq və Makaodan ofşor zonalara 1,2 trilyon dollar pul çıxarılıb. Araşdırma nəticəsində həmçinin məlum olub ki, 2014-cü ilin sonunadək Rusiyadan ofşor zonalara 1,3 trilyon dollar həcmində kapital aparılıb. Hesabatın digər ölkələri əhatə edən hissəsi isə hələ dərc olunmayıb və yaxınlarda geridə qalan hissənin də yayımlanacağı bildirilir.