"Rusiya və Çin hücuma hazırlaşır" — ABŞ HƏYACAN SİQNALI ÇALDI
ABŞ-ın rəsmi dairələri Rusiya və Çinin NASA-nın kosmosdakı stansiyalarına hücum edəcəyindən narahatdır. Ölkə.Az xəbər verir ki, bu haqda "The Washington Post" qəzeti Pentaqondakı yüksək rütbəli şəxslərə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya və Çin kosmosda hücum hazırlamaq üçün yeni texnologiyalar üzərində işləyirlər. Moskva və Pekinin ABŞ-ın orbital qrupuna hücum etmək üçün lazımi texnologiyaya çox yaxınlarda malik olacağı Vaşinqtonu ciddi surətdə narahat edir. Qəzet yazır ki, belə olan halda ABŞ cavab tədbirləri görmək üçün milyardlarla dollar ayırmalıdır. Çünki Amerikanın əsas gücü onun kosmosdakı üstünlüyüdür və kosmos rabitəsində peyklərinin sayına görə bütün dövlətlərdən irəlidə olmasıdır. "Hər bir hərbi əməliyyat, hətta xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyatlar belə bu və ya digər formada kosmosdan asılıdır. Ona görə də ABŞ hökuməti kosmosdakı liderliyin nə demək olduğunu anlamalı və bu sahədə əlindən gələni etməlidir" - qəzet yazır.