PUTİN RUSİYASININ QAÇILMAZ ÇÖKÜŞÜ – “Bu siyasəti davam etdirmək imkanı yoxdur”

Russian Prime Minister Vladimir Putin vi1980-ci illərdə Sovet iqtisadiyyatı sərbəst tənəzzül vəziyyətində idi və bu tənəzzülü bir neçə on il Amerika ilə silahlanma yarışına girişmək də sürətləndirirdi.

Maliyyə sisteminin dağılması Sovet prezidenti Mixayıl Qorbaçovu sosial-iqtisadi islahatlar aparmağa məcbur etdi. Ümumi yekunda isə, 1991-ci ildə hakimiyyət çökdü, imperiya dağıldı.

Sovet İttifaqının dağılması 2016-cı ildə yeni məna qazanıb. Çünki ABŞ-ın soyuq müharibə dövründəki keçmiş rəqibi, oxşar xoşagəlməz vəziyyətlə qarşılaşıb. Sual yaranır ki, bu ölkə deyəsən yenə də daşıya bilməyəcəyi yükün altına girir.
Vladimir Putinin hakimiyyətində Kreml, 2000-ci illərin əvvəlində Rusiyanın iqtisadiyyatını şaxələndirmədi və onun neft satışından asılılığını zəiflətməyərək, Rusiyanın dirçələn iqtisadi gücünü bir neçə elita nümayəndəsinin əlində cəmləşdirdi.

Bu yaxınlarda artan avtoritarizm fonunda xalqın rejimə qarşı narazılığı güclənmişdi. Elə məhz bu vaxt dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkənin maliyyə vəziyyətini kəskin pisləşdirdi. Cavab olaraq, Putin millətçilik dalğası təxribatını işə saldı ki, bununla da Rusiya ərazilər işğal etmək və döyüşkənlik bəlağəti ilə özünün dünyaya təsir imkanlarını genişləndirməyə başladı. Ölkənin daxilində Putin öz xalqı üçün düşmən obrazı yaradıb və onlar bütün maliyyə problemlərində həmin düşmənləri ittiham edirlər.

Düşmən obrazı yaratmaq kimi müxtəlif siyasi gedişlər nəticəsində Rusiya prezidentinin populyarlığı sürətlə yüksəldi. Putin ölkə daxilindəki müxalifəti neytallaşdırmaq üçün xaricdə avantürizm strategiyasını həyata keçirməyə başladı.Moskanın təxribatçı fəaliyyətləri, ona qarşı sərt beynəlxalq sanksiyalarla nəticələnib ki, bu da Rusiya iqtisadiyyatına böyük təzyiq göstərir və Qərbin daha çox hərbi texnikasının onun sərhəddinə yığılmasına səbəb olur. İndi artıq Putinin özü söyləyir ki, Rusiya ilə Qərb yeni soyuq müharibənin astanasındadırlar.

Rusiya prezidenti bildirib ki, ABŞ-ın Rumıniyadakı köhnə Sovet bazasının yerində tikdiyi və bir neçə yüz milyona başa gələn yeni Raket Əleyhinə Müdafiə sistemi Rusiyanın qarşısında dayanan təhlükələrdən birinə çevrilib. Görünür ki, bu məsələdə Putin özünü küncə sıxışdırıb.

Bu ayın əvvəlində Almaniynın Ştutqart şəhəri yaxınlığındakı bazada, ABŞ-ın Avropadakı hərbi güclərinin baş komandanının əvəzlənməsi mərasimində çıxışında ABŞ müdafiə naziri Eşton Karter bildirib: “Soyuq müharibədən sonra birgə əldə olunan tərəqqiyə baxmayaraq, görünür ki, Rusiyanın bizə və müttəfiqlərimizə uzun müddətdir ki, yaxşı xidmət göstərmiş prinsipial beynəlxalq qaydaları pozmaq niyyəti var”.

Karter öz çıxışının davamında Moskvanın Ukraynaya, Gürcüstana və Moldavaya soxulması faktlarını sadalayaraq, deyib ki, Rusiya adi silahlardan və elektron mübarizə vasitələrindən istifadə edib və ən çox Moskvanın nüvə silahı tətbiq edə biləcəyi həyəcan yaradır.

Karter xatırladıb ki, ABŞ Avropada öz mövqelərinin möhkəmləndirilməsi üçün bu il 3,4 milyard dollar ayırıb. Bu məbləğ keçən ilki müvafiq büdcəni dörd dəfə üstələyir və ABŞ-ın Avropa qitəsinə olan münasibətindəki yeni mövqeyinin gücləndiriməsinə xidmət edir. Bu mövqeyə uyğun olaraq, ABŞ-ın hərbi gücü daima və məhdudiyyətsiz artmalıdır.

Əslində, haradasa gələn ilin əvvəllərində Polşada, daimi rotasiya olunmaq şərti ilə Amerika briqadası yerləşdiriləcək. Bundan başqa ABŞ və Avropa ölkələrinin silahlı qüvvələrindən ibarət dörd batalyonu, NATO-nun dili ilə desək, ”şərq cinahına” – böyük ehtimalla Baltik respublikalarına yerləşdirmək nəzərdə tutulur. Buraya ABŞ-ın 800 milyon dollar dəyərindəki raket əleyhinə qalxanını da əlavə etmək gərəkdir.

Eşton Karter deyib: ”Biz Rusiya ilə nəinki isti müharibəyə, heç soyuq müharibəyə belə can atmırıq. Biz Rusiyadan düşmən düzəltmək istəmirik. Amma şübhə yoxdur ki, bizim pozitiv gələcəyimizi təmin edə biləcək beynəlxalq hüquq normaları əsasında öz müttəfiqlərimizi müdafiə edəcəyik”.

Karterin çıxışının ertəsi günü Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, NATO-nun Rusiya sərhəddi yaxınlığında güclərinin artırılmasına qarşı, Rusiya özünün qərb sərhəddinə 30 min hərbçi yollayacaq. Bəziləri iddia edirlər ki, NATO-nun göstərdiyi aktiv fəaliyyət nəticəsində, ola bilər ki, ruslar özlərinin cavab fəaliyyətlərinin məhdud olduğunu anlayacaqlar.

2006-2009-cu illərdə ABŞ-ın Ukraynada səfiri olmuş keçmiş piyada zabiti Ulyam Teylor deyib: ”Qayda-qanunu təmin etməkdən, təcavüzkarı dayandırmaqdan, rusların təcavüzkar təbiətinin qarşısını almaqdan ötrü strategiya gərəkdir. Əgər ruslar öz güc və vasitələrini, soyuq müharibədə uduzduqları kimi yenə də sərf edəcəklərsə, onda onların bu fəaliyyətləri, həyata keçirəcəyimiz tədbirlərimizin təsiri altında qalacaq”.

Belə görünür ki, Putin öz ölkəsinin ağır maliyyə vəziyyətində olduğunu etiraf edir və tarixi təcrübəni nəzərə alaraq, aydın şəkildə bildirib ki, Rusiyanın Qərblə böyük məsrəf tələb edən müharibəyə sürüklənməsinə imkan verməyəcək. Bu cür hədsiz baha başa gələn raket əleyhinə müdafiə sistemləri ilə bağlı yarışı 1983-cü ildə “Strateji müdafiə təşəbbüsü” adı altında prezident Ronald Reyqan irəliyə sürmüşdü. Bu proqram “Ulduz müharibələri” adını almışdı. Onda Sovet iqtisadiyyatı aşağı neft qiymətləri üzündən ağır vəziyyətdə idi (Bu günkü Rusiya iqtisadiyyatı kimi). ABŞ-dan gələ biləcək təhlükələr isə Sovet İttifaqının iqtisadiyyatına əlavə çətinliklər yaradırdı. Keçmişdə baş verən təcrübənin təkrarlanmasını arzulamayan Putin, bu günkü müdafiə xərclərini yeni prioritetləri nəzərə almaq şərti ilə, planlaşdırmağa söz verib.

Lakin hətta ABŞ-ın geniş hərbi iştirakının yaxın perspektivdə uğurlu önləyici təsir olacağına baxmayaraq, Moskva ilə hərbi qarşıdurmanın təhlükəli olduğunu söyləyənlər də var. ABŞ-ın keçmiş müdafiə naziri Çak Heyqel Amerika hərbi qüvvələrinin Avropada hədsiz gücləndirilməsinin əleyhinə çıxış edərək, bildirir ki, siyasi problemlərin həllində hərbi yoldan istifadə bir qədər təhlükəlidir. Heyqelin sözlərinə görə, Putin yalnız yüksək səviyyədə aparılan danışıqları qəbul edir. Çak Heyqel əlavə olaraq bildirib: ”Əgər biz NATO-nun şərq cinahını möhkəmləndirməkdə davam edəriksə, onda ruslar cavab tədbirləri görməyə başlayacaqlar. Mən burada strateji düşüncənin olmasına tam əmin deyiləm. Bu sadəcə olaraq reaksiyadır, böhrandan böhrana yaşanan taktiki əks həmlədir”.

Proqnozlara görə 2017-ci ildə neftin qiyməti yenidən yüksələcək ki, bu da Rusiyanın iqtisadi çətinliklərində yüngüllük gətirəcək. Keçən ilin dekabrında Putin bildirmişdi ki, büdcədə neftin qiyməti bir barel üçün 50 dollardan götürülüb.
Peşəkar diplomat və əvvələr ABŞ və SSRİ arasında ikitərəfli münasibətlərdəki məsələlər üzrə kurator olmuş Melvin Levitski deyir: “Əgər mən Putini düzgün anlayıramsa və o, əvvəlki kimi populyardırsa, onda mən düşünmürəm ki, o ”Bizm ordunu böyütmək və onu möhkəmləndirmək imkanımız yoxdur” sözlərini deyəcək. Putin Rusiyanı vaxtı ilə superdövlət olmuş yerinə qaytarmaq istəyir.

Əgər sizi ən çox maraqlandıran – hər necə olsa, biz onları dizə gətirə bilərikmi – sualıdırsa, onda deyə bilərəm ki, bu çətin ki, baş tutsun. Bəli, biz onları daha güclü surətdə cəzalandıra bilərik. Amma elə bir hədd varmıdır ki, onlar desinlərki, biz artıq təslim oluruq. Mənim buna şübhəm var”.

Hal-hazırda ABŞ Sülh İnstitutunda çalışan Ulyam Teylor deyir: “Çənab Putinin, bütün bunları əbədi olaraq davam etdirməsi imkanı yoxdur”.

(US.News &World Report)  

 

 






Fikirlər