BAŞ NAZİR İstanbuldakı partlayışdan son anda qurtuldu
Albaniyanın baş naziri Edi Rama İstanbulda Atatürk Hava limanındakı partlayışdan ən son anda qurtula bilib. AzerTaym.az Lent.az-a istinadən xəbər verir ki, partlayışdan bir neçə dəqiqə əvvəl baş nazirin təyyarəsinin hava limanına endiyi məlum olub.
Edi Ramanı mühafizə etmək üçün hava limanında xüsusi əməkdaşlar olub. Onu Türkiyə baş nazirinin qonaqları üçün ayrılmış məkana aparıblar. Baş nazirin sabah Ankaraya gedəcəyi bildirilir. Baş nazir İstanbula gələndən bir neçə dəqiqə sonra sosial mediadakı hesabında bunları yazıb: “Bu terrorçuların dini, imanı yox, bunların barbarlardan heç bir fərqi yoxdur”.