Dövlət Bağçalı: Məclisi bombalayanların PKK və İŞİD-dən nə fərqi var?

Dövlət Bağçalı: Məclisi bombalayanların PKK və İŞİD-dən nə fərqi var?

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində, partiyasının qrup toplantısında çıxış edib.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, D.Bağçalı 15 iyulda dövlət çevrilişini həyata keçirmək istəyən hərbçilər və onları himayə edənlər haqqında sərt ifadələr işlədib.
Dövlət Bağçalı çıxşına aşağıdakı sözlərlə davam edib: "TBMM öz tarixində ilk dəfə bomba zərbəsinə məruz qalıb. Bu uniformalı terrorçular millətin ürəyinə bomba atıblar. Bomba atan rəzilllərin PKK-dan, İŞİD-dən nə fərqi var? Türkiyə Silahlı Qüvvələri içərisində gizlənmiş, illər boyu özlərini gizlətməyi bacarmış hərbçi simalı bu canilər vətən xainləri və Türkiyə düşmənləridir. Hərbi çevriliş təşəbbüsü müvəffəqiyyətsiz olub. Türkiyə dar ağacı ipindən qurtulub. Paralel yapı ədliyyə, polis və bürokratiyada çox geniş bir şəbəkə qurub. Dövlət bu xəyanət yuvası tərəfindən ələ keçirilib. Gün tənqid günü deyil, biz bunun fərqindəyik".

 






Fikirlər