Millət vəkilinin “biqeyrət” ittihamına cavab: “YENGƏLİK DÖVRÜ BİTDİ”

bitmap-img6

Millət vəkili Tahir Kərimli bir neçə gün əvvəl Bakıda homoseksualların toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlar haqda öz fikirlərini səsləndirib

 

 
Deputanın işlətdiyi bəzi ifadələr isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, T. Kərimlinin yeni nəsli “biqeyrət” adlandırması narazılığa səbəb olub: “Bu nə biabırçılıqdır, hər şeyi məhv elədilər, gələcəyimizi, balalarımızı əlimizdən aldılar. Cəmiyyət o qədər güclüdür ki, biz valideynlər daha onlara təsir edə blmirik. Biz olanları aradan qaldıra bilmirik. Yaşım 60-ı keçib. Özümün və ölkəmin gələcəyi üçün bu cür babırçılıqlardan çox narahatam. Gələcəyə biqeyrət nəsil yetişir. Balalarımızın, nəvələrimizin belə hala salınması məni yandırır, ona görə də, internet və sosial şəbəkələr, televiziya kanalları üzərində əxlaq nəzarəti qoymaq və gücləndirmək lazımdır. Senzura qoymaq lazımdır”.
Tanınmışlar millət vəkilinin bu fikirlərinə münasibət bildirib.
Şair Aqşin Yenisey AzNews.az-a açıqlamasında bildirib ki, indi heç kimi yüz il bundan əvvəlki həyat şərtləri ilə yaşamağa məcbur etmək olmaz:
“Əhəmiyyətsiz narahatlıqdır, əxlaq, ənənələr, bunlar zamanla dəyişən, dəyişdirilən məfhumlardır. Tüfəngin icadı dünyanın döyüş ənənələrini dəyişdiyi, Koroğluları kişilikdən məhrum etdiyi kimi, internetin icadı da öz təsirlərini göstərəcək. Biz bundan imtina etməli yox, buna hazır olmalıyıq. Milli-mənəvi dəyərlərə yengəlik etmək dövrü bitdi”. 
Yazıçı-dramaturq Firuz Mustafa isə millət vəkilinin seçicilərinin də ondan narahat olduğunu deyib: 
“Yumşaq desək, çox gülməli və ağlamalı təklifdir.... Güman etmək olar ki, Tahir Kərimlinin seçiciləri də ondan çox narahatdır... Amma Tahir Kərimlinin səmimiyyətinə inanıram”.
Şair Sərif Ağayar isə sosial şəbəkələrə və televiziyaya senzura qoymaq fikrinin gülməli olduğunu deyib: 
“Bizi bu günə qoyan qeyri-rəsmi senzura deyilmi? Adamı doğruları söyləmədən danışmağa və yazmağa məcbur edəndə ortaya meymunluq çıxır”.






Fikirlər