Keçmiş direktordan qisas alındı: ÖLDÜRÜCÜ ZƏRBƏ

Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilov teatrda səhnələşdirilən “Ölülər” tamaşası haqda tənqidi fiikrlər səsləndirib: “Təəssüflər olsun. Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir”.

 Publika.az xəbər verir ki, keçmiş direktorun fikirləri yazıçı-dramaturq Firuz Mustafa tərəfindən xoş qarşılanmayıb.

 O, ölüləri pislədiyinə görə İsrafil İsrafilova öldürücü zərbə vurmaqdan özünü saxlaya bilməyib: “İsrafilov bir müddət əvvəl indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.Yaxşı ki, indi teatr “Ölülər”i dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və ... Hətta, bir az klassik təsir bağışlaya bilər”.

 Qeyd edək ki, Firuz Mustafa ilə İsrafil İsrafilov arasında soyuq müharibə çoxdan başlayıb. Keçmiş direktorun rəhbərliyi dövründə Firuz Mustafanın əsərlərinin repertuara yaxın buraxılmaması, yazarı əməlli-başlı hiddətləndirmişdi. Amma gec də olsa, dramaturq öz qisasını almış oldu. Beləliklə, İsrafil İsrafilov Azdramadan, Firuz Mustafa isə keçmiş direktordan qisas almaqla kükrəyən qəzəblərini qismən də olsa sakitləşdirdilər.






Fikirlər