HAKAN Fidan problemi çözüldümü?

Türkiyə MİT-nin öz güc, imkan və potensialına görə dünyanın qabqcıl ölkələrinin xüsusi xidmət orqanları – ABŞ MKİ-i, İsrail MOSSAD-ı, keçmiş sovet KQB-si və s. ilə müqayisə edildiyi kimsəyə sirr deyil. Lakin 15 iyul qiyamı fonunda baş verən hadisələr MİT-in hazırlıq səviyyəsinin iddia olunduğu qədər də yüksək olmadığını ortaya qoydu.

Hadisələri qabaqlamaqda ciddi çətinlik çəkən MİT, sonrakı etablarda da bir növ proseslərin ardınca süründü ki, bu da məlum qurumun rəhbəri Hakan Fidanın tutduğu vəzifədən azad edilməsi məsələsini gündəmə gətirdi.

Maraqlıdır, H.Fidan problemi çözüldümü? AKP rəsmilərinin H.Fidan haqqında səsləndirdikləri ciddi tənqidlərdən sonra bu şəxsin hələ də öz postunda qalması nədən xəbər verir?

Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Türkiyədə 15 iyul çevrilişə cəhdin ilk saatlarından bu günlərədək hər kəsi düşündürən bir sual vardı: MİT –in çevriliş haqqında məlumatı olubmu? Olubsa nədən dövlət başçısı və baş bakan bilgiləndirilməyib? 28 iyul Yüksək Əsgəri Şura toplantısında MİT müstəşarı Hakan Fidanın görəvdən alınacağı proqnozlaşdırılsa da ,bu baş vermədi. Rəcəb Tayib Ərdoğanın 4 avqustda TRT-1 kanalına verdiyi müsahibədən və “Türkiyə” qəzetinin verdiyi məlumatlardan Hakan Fidan məsələsinə aydınlıq gəlmişdir desək yanılmarıq. Məhz bu günlərdə ictimaiyyətə verilən dəqiq bilgilərdən məlum olur ki, 15 iyul saat 14.45-də Türk Silahlı Qüvvətləri Akınçılar Hava üssü adlanan birləşmənin bir polkovniki ( adı təbii ki,məhcul olaraq qalır)MİT-gəlib müstəşar Hakan Fidanı hazırlanan çevriliş haqqında xəbərdar edir.Saat 15.00-da Hakan Fidan Genelkurmay Başqanı Hulusi Akara aldığı məlumatı çatdırır və bir neçə mənbədən də təsdiqedici informasiyalar aldıqdan sonra müavinlərindən birini Genelkurmay Başqanlığına göndərir. MİT müavini başqnalıqda ikinci başqan orgeneral Yaşar Gülerlə bir toplantı keçirir. Baş ştab uyğun tədbirlər görür. Hakan Fidan saat 18.00-da Genelkurmay Başqanlığına gəlib Hulusi Akarla görüşür.

Görüşdə Hakan Fidanın təklifilə 18.30-da Hulusi Akar Türk Silahlı Qüvvətlərinin, hava qüvvətləri də daxil olmaqla, bütün hərəkətlərini qadağa edən əmir verir. Saat 19.00-da əmir hər kəsə çatdırılmışdı.Çevrilişi gecə saat 03.00-a planlaşdıran qüvvələr planlarının üstünün açıldığını görüb saat 21.00-da hərəkətə keçiblər. Saat 19.10-da Hulusi Akar əsir götürülüb. Və sual olunur, niyə saat 16.00-da alınan xəbər R.Ərdoğana saat 20.00-da bildirilib? Bəli, TRT-ə kanalına müsahibəsində Türkiyə dövlətinin başçısı da bu faktı təsdiqlədi və qoruma müdürünə informasiya verildiyini və ehtiyatlı olmaq tövsiyyəsi verildiyini etiraf etdi. R.Ərdoğan bu məlumatdan incik qaldığını belə ifadə etdi:” Könül istərdi ki, şəxsimi arayıb özümə bilgi veriləydi”.

MİT-in zəifliyi barədə müxbirin verdiyi suala Ərdoğan : “ Hansı ölkədə zəiflik yoxdur ki?Amerikada, Fransada, İngiltərədə bir çox terror baş verən ölkələrin də təhlükəsizlik sistemində zəiflik var. Biz təhlükəsizlik təşkilatımızın üstünə gedib onu yıprada bilmərik. Onlar müəyyən işlər görüblər”.

Göründüyü kimi, Hakan Fidandan başlayan informasiya məhz çevrilişin baş tutmamasında əsas rol oynayıb. Baş bakan Binəli Yıldırımın tez-tez H.Fidanı bu məsələdə hədəfə gətirməsini Türkiyə mətbuatı keçmiş baş bakan Ə.Davudoğluyla MİT müstəşarının daha yaxın olması ilə bağlayır. Bu hadisələrdən sonra MİT sistemində dəyişiklik edilməsi də gündəmə gəlib. Daxili təhlükəsizlik məsələləri Güvənlik İstihbarat Müstəşarlığı (GİM ) təşkilatında birləşəcəyi, xarici kəşfiyyat məsələlərini isə yenə MİT-in aparacağı məlum olub. Yəni Azərbaycan təhlükəsizlik orqanında ötən ilin noyabrında aparılan dəyişiklik kimi. Onu da qeyd etmək lazımdır ki, MİT müstəşarı Hakan Fidan təhlükəsizlik məsələləri üzrə akademik nəzəri biliklərə sahib bir şəxsdir, elmlər doktorluğu dissertasiyasını müdafiə edib və bir neçə il bundan əvvəl Türkiyə təhlükəsizlik sistemində islahatlar aparılmasını, xarici və daxili təhlükəsizlik qurumlarının ayrılması təklifini irəli sürmüşdü”.

 

 






Fikirlər