2 ay boyunca hər axşam yatmazdan əvvəl bunu qəbul etsəniz nələr baş verdiyini görəcəksiniz.
1 əncir qurusu və 1 qaysı 2 ay boyunca yatmazdan əvvəl qəbul edilərsə, orqanizmin toxumalarında yeniləşmə prosesi sürətlənir, onurğaarası disklərin arasındakı maddənin tərkibini sağlamlaşır. Onurğaarası maddənin sağlamlaşması onurğanın hərəkət fəaliyyətinə təsir edir və onun normal hərəkətini tənzimləyir. Bu zaman onurğada sürüşmələr və sıxılmalar baş vermir.
AzerTaym.az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər uzun müddət qaysı və əncir qurusu qəbul edən adamların oynaqlar və fəqərələrarası nahiyyə maddəsinin sağlamlaşmasının və fiziki yüklənmə zamanı həmin yerlərin zədələnmədən qorunduğunu qeyd edir.
Mütəxəssislər qaysının ürək əzələsinə də faydalı olduğunu söyləyirlər. Qaysının tərkibində olan fosfor, kalium, dəmir, karotin, vitamin B5 ürək əzələsini möhkəmləndirir. Əncirin isə qalxanvari vəzin fəaliyyətinin möhkəmlənməsində və xərçəng xəstəliyinin profilaktikasında köməyi oluduğunu qeyd edən mütəxəssisilər bu iki meyvəni möcüzəli quru meyvə adlandırıblar.
Mütəxəssislərin dediklərinə görə əncir qurusu bağırsaqlarda olan parazitlərin də məhvinə səbəb ola bilir.Əncirin quru gavalı ilə birgə qəbulu isə mədə-bağırsaq sistemi fəaliyyətini yaxşılaşdırır, qaraciyəri təmizləyir və bağırsaqların hərəkətini sürətləndirir.
Mütəxəssislər tərkibində A vitamini olduğuna görə uzun müddət qara gavalı yeyən adamlarda görmə qabiliyyətinin yaxşı olduğunu sübüt ediblər.
Fikirlər