Elmi təqiqatlar belə nəticəyə gəlmişdir ki, püstə sterssə müsbət təsir göstərə bilir.
Püstənin tərkibində çox sayda minerallar və anti-oksidantlar vardır. Bunu unutmayın ki, bu ləzzətli çərəz diş ağrıları üçün də faydalıdır. Püstə ən az kalorisi olan çərəzdir.
"AzerTaym.az" Dunyapress.com -a istinadən bildirir ki, püstənin tərkibində faydalı yağ turşuları, liflər, anti-oksindantlar vardır. Püstənin tərkibində olan güclü anti-oksidantlar stressə müsbət təsir göstərər. Bu güclü anti-oksidantlar ibarətdir: resveratrol, lutein, kristin. Bu maddələr stressin mənfi təsirləri ilə mübarizə apararlar. Ona görə də hər gün püstə yemək stressin qan təzyiqinə təsirini azaldar. Püstə həm də maqnezium mənbəyidir. 30 qr. püstənin tərkibində 8% maqnezium vardır. Maqnezium da stress əleyhinə olan maddə olub, qan təzyiqini kontrol edər. Bunu yadda saxlayın ki, qadınların maqneziuma olan ehtiyacı hər gün 360 milliqr., kişilər üçün isə 420 milliqr-dır.
Püstə tərkibində lif olan çərəzlərdəndir ki, 28 qr. püstədə 3 qr. lif vardır. Liflər bağırsaqların köməkçisidir ki, artıq maddələri bədəndən dəf edə bilsin. Liflər suyu güclü cəzb etmək qüvvəsinə malik olduqları üçün bağırsağı təhrik edər və faydalı bağırsaq bakteriyalarına yardım edərlər.
Püstənin tərkibində olan yağ turşuları faydalı olduğu üçün qandakı xolesterinin səviyyəsini aşağı salar və ürək xəstəliklərinə müsbət təsir qoyar. Püstənin tərkibində olan resveratrol ürəyi sağlam saxlayar.
Püstənin tərkibində kalium mövcuddur. Bu maddə də qan təzyiqini aşağı salmağa yardım edir