İRİ İSTEHSAL MÜSSƏLƏRİ ÇÖKƏCƏK- HƏYƏCAN

Azərbaycanda biznes mühitinin ağır tənəzüllü baş verir.

Bu sözləri Sherg.az-a banklar və istehsal müəsisələrinin iflasa uğraması problemindən danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 
O, bildirib ki, ilin əvvəlindən maliyyə-bank sistemindən başlayaraq bir çox sahələrin çökəcəyi proqnozu verilib: 
"Birinci və ikinci devalvasiyalar baş verdikdə bunun ağır nəticələri haqqında şərhlər söylənilib. Bu gün isə gözlədiyimiz kimi iqtisadi böhran vəziyyətini yaşayırıq. Böhranın ən ciddi nəticələri elə iri istehsal sahələrinin çökməsidir. Böhran zamanı xərclərin gəlirləri üstələməsi nəticəsində çox müəssisələr iflasa uğrayır və sıradan çıxır. Hazırki vəziyyət biznes mühitinin məhv olunması adlana bilər. İlin əvvəlində maliyyə bank sisteminin ardıcıl şəkildə çökəcəyi haqqında məlumatlar verilib. Nəticədə tək bu deyil, həmin sistemin hesabına işləyən xırda sahibkarlıqlar da nisbətən sıradan çıxmağa başladı. Manat tənəzzülə uğradıqca qiymətin yerindən oynaması onun formalaşması prosesi ləngiyir və bu, kredit bazarına mənfi təsir göstərir. Bir-biri ilə əlaqəli sahələr böhrandan zəncirvari formada təsirlənməkdə davam edir. Bunun ümumilikdə adı makroiqtisadi tarazlığın pozulmasıdır".
Qeyd edək ki, son zamanlar bankların və bir sıra iri müəsisələrin bağlanması işsizliyin artmasına səbəb olub.

 






Fikirlər