Azərbaycanın regionlarında otellərdə yer qalmayıb - Ərəb turistlər gəlir

Картинки по запросу Ərəb turistlər gəlir

“Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə Birləşmiş ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək”.

Bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Yeni İl ilə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turstləri tərəfindən born edilib, boş yerlərin sayı məhduddur.
“Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan otellərdə demək olar ki, yer yoxdur”.
N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyli olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.
“Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyllidirlər”.
N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək.






Fikirlər