"Verdiyimiz qazın istisinə qızınıb, bəd dualarını əsirgəməyənlərin lənətinə gəlmişik"

Əhalinin hansı artan pul gəlirlərinə və hansı meyarlara əsaslanaraq enerji qiymətlərini artırmağı doğru sayırsınız ? 

Gələn ilin (2017-ci il) büdcə xərclərində əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çox olacağı nəzərdə tutulsa da bu artım heç inflyasiya səviyyəsini kompensasiya etmir. Onu da xüsusi qeyd etmək lazımdır ki, büdcə təşkilatlarında çalışanlar əmək qabiliyyətli əhalinin cüzi hissəsini təşkil edir. Əhalinin böyük əksəriyyəti özəl sektorda və şəxsi təsərrüfatlarda çalışır, bir qismi isə işsizdir. Ölkədə yerli istehsalın, məşğulluq səviyyəsinin, xarici bazarlarda rəqabətə davamlı məhsulların istehsalının stimullaşdırılması üçün əhəmiyyətli addımların atılmasının zəruri olduğu bir vaxtda enerji xərclərinin artırılması istehsal xərclərinin artmasına səbəb olacaq. Ölkədə bütün istehsal olunan istehlak  məhsullarının və xidmətlərin dəyərinin artması ixracı da sıradan çıxaracaq. İxtisarların isə yeni dalğasının yaranmasına səbəb olacaq. 
Dəyişikliyə görə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün hər bir kubmetrə görə mövcud 10 qəpik səviyyəsində, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilməsi, Aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilməsi əhalinin real enerji təlbatı ilə uyğun deyil. Bir çox informasiya vasitələrində bəzi ekspertlərin qeyri səmimi şərhləri belə qiymət artımının sosial həyata mənfi təsir etməyəcəyi proqnozu ilə çıxış edirlər . Bu səmimiyyəti hansı faktlarla izah etmək olar ?  Bir halda ki, qış aylarında mənzillərin və fərdi yaşayış evlərinin (100 m2 –dək) qızdırılması məqsədilə istifadə edilən aylıq enerji xərcləri təxminən 70-80 manat təşkil edir. Tarif şurasının köhnə qiymətin tətbiqi üçün nəzərdə tutduğu limit həddi isə təxminən bir ailə təsərrüfatının istifadə etdiyi üç aylıq enerji sərfiyyatı qədərdir. Bu o deməkdir ki, 100 faiz artım hədd yerdə qalan doqquz ay üçün tətbiq olunur. Kommersiya obyektləri üçün qiymətlərin artımı isə hökmən bahlaşmanı sürətləndirəcək. Belə ki, bütün istehsal məhsulların dəyərinin artmasına səbəb olacaq . 
Картинки по запросу elçin qurbanov
Bu qaçılmazdır. O ki, qaldı qiymətlərin artırılması ilə bağlı mütəxəssislərin gətirdikləri arqumentlərə " həmin arqumentlər heç bir tutarlı əsaslara malik deyil. Onlardan biri vətəndaşların enerjidən israfçılıqla istifadə etdiyini, digəri isə lyuks həyat üçün daha çox vergi ödənilməli olduğunu səbəb gətirir. Hələ kommunal xidmətlərlə vergi anlayışını düzgün qavraya bilməyən mütəxəssislərin izahı başqa cür ola da bilməz.  Əgər lyuks həyat üçün vergilərdən bəhs olunursa, mən hələ bir il öncə “Xüsusi əmlak vergisi” barədə qanun layihəsi ilə hökumətə müraciət etmişəm. Layihədə dəbdəbəli villalara, dəyəri 50000,00 manatdan yuxarı ölçülən qiymətli daşlara, qızıl zinət və bəzək əşyalarına, incəsənət əsərlərinə, heykəllərə və barelyeflərə , habelə digər qiymətlilərə tətbiq edilməli əmlak vergisi barədə beynəlxalq təcrübəyə, hüquqa və məntiqə əsaslanan qanunvericlik təklifi vermişəm. Əgər qiymət artımının məqsədi yüksək təminatlı təsərrüfatların ödənişlərinin artırılmasını nəzərdə tutursa ,onda həm ədalətlilik həm də obyektivlik baxımından “Xüsusi əmlak vergisi”-nin tətbiqi daha qanunamüvafiq və məqbul sayılmalıdır. Çünki vergitutma məqsədləri üçün real vergitutma obyekti və mənbə məlumdur. Ölkədə kommunal qiymət artımı ilə bahalaşma yaradan reformalar orta və aztəminatlı ailə təsərrüfatlarını ciddi sarsıntı ilə üz-üzə qoyacaq. Artımdan əldə edilən gəlirlərin sosial məqsədlərə yönəldilməsi isə obyektivlik baxımından absurddur. Təyinatlı sosial yardım alanların bir hissəsinin hansı əngəllərlə qarşılaşdığı,həqiqi ehtiyacı olanların isə bürokratik əngəllər üçün bu yadımdan istivadə edə bilməməsi də faktdır. Bunu müəyyən etmək üçün çox fikirləşməyə ehtiyac yoxdur. Bu hər il ənənəvi olaraq xalq üçün dırnaqarası yeni il hədiyyəsi oldu.  Reallıq və gözləntilər aşağıdakı kimi ola bilər: hazırkı vəziyyətdə enerji xərclərinin artırılması istehsal və xidmətlərin xərclərinin artmasına, əhalinin ümumi istehlak xərclərinin azalmasına (məcmu tələbin) bu üzdən iqtisadi aktivliyin zəifləməsinə, həyat səviyyəsinin kəskinləşməsinə ,enerjidən hədsiz qənaətlə istifadəyə görə mənzillərin (evlərin) yetər qədər istiliklə təmin edilə bilməməsi üzündən, habelə zəif qidalanma səbəbindən insanlarda immun sistemin zəifləməsinə , infeksion xəstəliklərin geniş yayılmasına, oğurluq, quldurluq, korrupsiya cinayətlərinin kütləviləşməsinə,qanunsuzluğun və özbaşnalığın geniş vüsət almasına, əxlaqi aşınmanın pik həddə çatmasına, cəmiyyətin təməli olan ailə münasibətlərinin sosial problemlər səbəbindən tamamilə pozulmasına, iqtisadi fəaliyyətdən əldə edilən gəlir səviyyəsinin təhlükəli dərəcədə azalmasına, müflisləşməyə, dövlət tərəfindən yeni məcburi sosial normaların müəyyən edilməsi vəziyyəti daha da kəskinləşdirərək dövləti süqutün astanasına gətirə bilər. 
Əziz həmvətənlər və tarif şurası, xəbəriniz varsa on minlərlə vətəndaş nə qarın dolusu, nə də vaxtında qidalana bilmir, yüz minlərlə insanlar keyfiyyətsiz geni dəyişdirilmiş məhsullarla qidalanma üzündən sağlamlığını qismən itirib. On minlərlə insan ankoloji xəstəliklərdən əziyyət çəkir,minlərlə insan bu mərəzdən hər il dünyasını dəyişir. Daimi gərginlik və həyəcan şəkərli diabedə yoluxanların sayını kəskin artırır. Minlərlə vətəndaş hər il ölkəni tərk edir. Hörmətli tarif şurası və hökumət üzvləri : İstənilən islahatlar sosial iqtisadi faktorlara əsaslanaraq həyata keçirilməlidir. İdeya olaraq məhdud maraqlara istinad edilməməlidir. Belə yanaşma dövlətin qəbul etdiyi qərarların, aktların normativlik xüsusiyyətlərini kölgə altına alacaq. Dövlətə inamı və etibarı daha da sarsıdacaq.  






Fikirlər