Əməkdar artist media mənsublarına müraciət etdi: "KÖKÜNDƏN necə kəsirsinizsə,ALTINI istedadlı GƏNCLƏRİMİZ ÇƏKİR..."
Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova media mənsublarına və televiziya izləyicilərinə müraicət edib. Gununsesi.info-nun məlumatına görə, Əməkdar artistin “Facebook” vasitəsilə etdiyi müraciətində deyilir: “Dəyərli jurnalistlərimiz və tamaşaçılarımız! Qardaş Türkiyənin “O Səs Türkiyə” yarışmasında dəfələrlə söz yazarlarımıza və yaxud da, musiqilərimizə “anonim” yazarkən, sizlər də çox doğru yazırsınız ki, qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuş və dəfələrlə qırılmışam ki, axı niyə?..Onlar bizim qardaşımızdır axı?.. Azərbaycan, nə olursa-olsun, həmişə sizinlədir, Türkiyəm!” Gununsesi.info
Sizi nə qədər çox sevdiyimi bir Allah bilir.
Amma kiçik bir iradımı qəbul edin, yəni, irad bildirəndə kökündən kəsib atmayın, sözlə öldürməyin səhvini düzəltmək şansı ola bilənləri və diri qalmaq istəyənləri…
Amma qurban sizə… İradı bildirəndə də elə edək və elə başa salaq ki, bir də təkrarlanmasın, yoxsa, kökündən necə kəsirsinizsə, altını da sonradan istedadlı gənclərimiz çəkir… Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu: hazırda “O Səs Türkiyə” yarışmasında ən dəyərli səsli Zülfü Əsədzadəni, İlhamı, Müşfiq Əliyevi və diğər azərbaycanlı gözəl səsləri “ələdilər”…
Özü də necə yalvararaq, yəni, hər bir münsif öz qrupunda görmək istədiyi iştirakçıları, xüsusilə də, Zülfünü…
Açığı deyim ki, mənim fikrim budur-onlar sizin yazdığınız haqlı iradların cavabını istedadlı balalarımızı yarışmadan “ələməklə” çıxdılar… Canları sağ olsun , təki Türkiyəmiz yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun!