15.07.2014- İman adlı tanınmış iş adamının düşdüyü davanın təfərrüatı

15.07.2014- İman adlı tanınmış iş adamının düşdüyü davanın təfərrüatıAzinform.az-a təxminən 10 gün bundan əvvəl Bakı şəhərində baş verən maraqlı hadisə ilə bağlı məlumat daxil olub.

Xəbərdə bildirilir ki, «Xalqlar Dostluğu» yarmarkasının sahibi olan, İman adlı tanınmış iş adamı deyilən ərəfələrdə mübahisə zəminində düşdüyü davadan canını zorla xilas edə bilib. Mənbəmizin sözlərinə görə, İman bu xoşagəlməz halla 8 km, Nəsimi küçəsi 2404 ünvanında yerləşən və onun özünə məxsus olduğu deyilən «Şərq Saray» restoranınyaxınlığıda üzləşib.


«İman restoranına aparan yolda qonşudakı obyekt yiyələrindən birinin hansısa tikinti aparıldığını görüb. Ətrafında olan mühafizəçilərlə həmin yerə yaxınlaşıb etirazını bildirib. Mübahisə zəminində qarşı tərəfdə olanlardan biri İmanın üstünə hücum çəkərək əl-qol atmağa başlayıb. İmanın mühafizə xidmətinin rəhbəri qorxusundan heç bir hərəkət edə bilməyib. Ancaq mühafizəcilərdən biri biznesmenə hücüm çəkənə ağır xəsarət yetirməyi bacarıb. Vəziyyət o qədər ciddi hal alıb ki, İmanın mühafizəçisi polis bölməsinə, onun xəsarət yetirdiyi şəxs isə xəstaxanaya aparılıb. İman tez bir zamanda məsələni «yoluna» qoya bilib» -deyə, mənbəmiz bildirir.

Hadisədən sonra İmanın öz ətrafında ciddi kadr islahatı apardığı da söylənilir. Belə ki, biznesmen davada fəallıq göstərən mühafizəçini köhnə xidmət rəisinin yerinə təyin edib. Köhnə mühafizə xidmətinin rəisini isə işdən azad edib.

Maraqlıdır ki, baş verən bu hadisə barədə hüquq — mühafizə orqanları tərəfindən ictimaiyyətə heç bir məlumat verilməyib. Araşdırmamız davam edir…
Adları çəlkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azinform.az






Fikirlər