“KİMİN CİNAYƏTKAR OLDUĞU MƏHKƏMƏDƏ BİLİNƏCƏK” – İş adamından vəkilə SƏRT CAVAB
Buna baxmayaraq, baş verənlərlə bağlı mülahizələrini qeyd edən A.İsmayılov, guya bu məsələyə görə KİV-lərdə özünün təhqir olunduğunu iddia edib, Prezidentə bu barədə şikayətlənib. Həmçinin bildirib ki, bu kimi halla xarici investorları Azərbaycana investisiya qoyuluşlarından çəkindirir. “Cənab Prezident! Bir çox çıxışlarınızda xarici investisiyaların cəlb edilməsi və qorunması sahəsinə xüsusi diqqət yetirməyi, bu sahəni daim nəzarətdə saxlamağı dövlət məmurlarına tapşırsanız da, xarici iş adamları hazırki misalları görüb, ölkəmizə sərmayə qoyuluşlarından çəkinir, habelə daha da böyük ziyana uğramamaq üçün buradakı fəaliyyətlərini bağlayırlar. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaş ölkənin aparıcı şirkəti külli miqdarda ziyana uğrasa da, cinayətin kim tərəfindən törədilməsi müəyyən olunsa da, həmin təqsirkarın məsuliyyətə cəlb edilməməsi Türkiyə səfirliyini, Türkiyənin Azərbaycandakı ticarət nümayəndəliyini və bir çoxlarını narahat edir” – deyə, vəkil müraciətində yazır. A.İsmayılov “Facebook”da həmçinin onu da qeyd edib ki, Prezidentə müraciət bu məsələylə bağlı atdığı “sonuncu addımdır”. Bu, A.İsmayılovun yarıerməni şirkətinin müdafiəsindən imtinası kimi də başa düşülə bilər. Belə olduqda qarşı tərəf – M.Həsənli də güzəştə gedib, vəkilə qarşı qaldırdığı məhkəmə iddialarından imtina edə bilərmi? İş adamı bildirdi ki, nəinki iddialarını geri çəkmək niyyətində deyil, əksinə, A.İsmayılovu sonuncu təhqirlərinə görə yenidən məhkəməyə verəcək. “Bu adam hüquqşünasdir, bilməmiş deyil ki, hüquqda təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Sonuncu müraciətində məni cinayətkar adlandırıb – əlində heç bir dəlil, sübut, məhkəmə qərarı olmadan. Onun məqsədi məni təxribata çəkməkdir. Lakin mən bu təxribata uymayacam və heç bir halda onun istifadə etdiyi üslubdan – küçə adamı üslubundan yararlanmayacam! Qoy Aslan İsmayılov özünü necə istəyir aparsın. Amma unutmasın ki, hər bir böhtana, hər bir təhqirə görə məhkəmə qarşısında cavab verəcək! Məhz ondan sonra bilinəcək ki, cinayətkar da, dələduz da kimdir, kim öz maraqlarından ötrü millətini erməniyə satan şarlatandır! Onun “Emre Piliç”in müdafiəsindən imtina edib-etməməsi isə artıq heç bir əhəmiyyət kəsb etmir. Aslan İsmayılov bu məsələdə öz iç üzünü Azərbaycan cəmiyyətinə göstərdi. Nümayiş etdirdi ki, pul olan yerdə ermənini müdafiə də edər, hələ üstəlik ona dayı da deyər. “Mən 99 faiz övladlarıma, 1 faiz xalqıma görə bunları edirəm” deyən və beləliklə hansı əqidənin sahibi olduğunu xalqa göstərən də A.İsmayılov oldu. Açığı artıq məndə onun psixi durumu ilə bağlı çox ciddi şübhələr yaranıb. Gözlənilən məhkəmələrdə də o, məsuliyyətdən yalnız bu konteksdə yayına bilər…” İş adamı deyir ki, A.İsmayılovun bu məsələdə tutduğu davakar mövqeyi anlaya bilmir. “Mən başa düşə bilmirəm, Aslan İsmayılov vəkildir, yoxsa kriminal avtoritet? Vəkil vəkilliyini ilk növbədə məhkəmədə, hüquq-mühafizə orqanlarında edər. Müvəkkilinin hüquqi müdafiəsini təşkil edər. Amma biz müşahidə edirik ki, A.İsmayılov bizim “Emre Piliç”lə mübahisəmizi məhkəmədən kənar, bir növü kriminalların“mən sənə filan qədər pul ödətdirirəm, filan qədəri mənimdir” tərzində həll etmək istəyir, məqsədinə çatmaq üçün isə bütün vasitələrdən istifadə edir, təkcə hüquqi yoldan başqa. Xatirinizdədirsə, müsahibələrindən birində belə bir şərt irəli sürmüşdü: “Ramiz Mehdiyev istefa versin, hökumətə əlimdən gələn köməyi edim”. İndi isə utanmadan cənab Ramiz Mehdiyevə müraciət edib, ondan kömək istəyir. Yaxud cənab Prezident İlham Əliyevə müraciətində yazır ki, mən gedib Türkiyədə vergi idarəsinə şikayət etmişəm, “Emre Piliç” vergilərə filan qədər cərimə ödəyib. Əvvəla, belə şeyləri cənab Prezidentə yazmağın nə mənası var? İkincisi, A.İsmayılovun müdafiə etdiyi ermənilər və onların türk ortaqları belə dürüst, şərəfli insanlardılarsa, niyə saxtakarlıq edib, vergilərdən yayınıblar ki, indi də onun cəriməsini ödəyirlər? Nəhayət, A.İsmayılov belə saxtakarları, üstəlik də erməni saxtakarları nəyin müqabilində belə canfəşanlıqla müdafiə edir? Yoxsa, “su axıb, çuxurunu tapıb”?! M.Həsənli deyir ki, A.İsmayılovun şər-böhtanları, təhqirləri sonda onun özünə qarşı çevriləcək, həqiqətlər isə məhz məhkəmədə üzə çıxacaq. A.İsmayılova qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası isə Səbael rayon Məhkəməsində yanvarın 30-na təyin olunub: “Biraz səbrli olaq, məhkəmələrin başlamasına birşey qalmayıb. Mən fürsətdən istifadə edərək, media təmsilçilərini həmin məhkəmə proseslərində iştirak etməyə dəvət edirəm. Gəlin, kimin dələduz, cinayətkar, böhtançı olduğunu öz gözünüzlə görün”. AzPolitika.info “Heç bir halda onun istifadə etdiyi üslubdan – küçə adamı üslubundan yararlanmayacam!”
Vəkil Aslan İsmayılov son günlər gündəmdə olan mövzu – 30 faiz səhmi ermənilərə məxsus olan Türkiyənin “Emre Piliç” şirkəti ilə iş adamı, damazlıq yumurta təsərrüfatının sahibi Mürvət Həsənli arasında borc qalmaqalı ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Vəkil “Facebook”da paylaşdığı müraciətdə sərt ifadələrə yer verərək, qarşı tərəfi – Mürvət Həsənlini dəfələrlə “cinayətkar”, “dələduz” kimi sözlərlə təhqir edib.
Bu suala cavab almaq və ümumiyyətlə, A.İsmayılovun Prezidentə müraciətini necə qarşıladığını öyrənmək üçün M.Həsənliyə müraciət etdik.